02:51 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Peyvəndləmədə iştirak, qaydalara və  tövsiyələrə əməl etmək sağlamlığı qorumaq üçün vacibdir

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:06 08.09.2021

 

Ötən şənbə və bazar günləri Bakı şəhəri də daxil olmaqla, bölgələrdə ictimai nəqliyyatın işləməməsi, ciddi ehtiyac olmadığı halda insanların küçəyə, bazara, mağazaya və ya digər ünvanlara getməmələri, habelə tibbi maskadan istifadə edilməsi və ara məsafəsi gözlənilməsi səbəbindən yoluxma hallarında nisbi azalma müşahidə edilmişdir.

Uzun müddət dövlət qulluğunda çalışmış Eldar Bədirbəyli bildirir ki, biz özümüzün, ailəmizin və ünsiyyətdə olduğumuz yaxın ətrafımızın sağlamlığını istəyiriksə, ilk növbədə, Operativ Qərargah tərəfindən müəyyənləşdirilən qaydalara ciddi əməl etməliyik, şadlıq saraylarında, xüsusən, bölgələrdə mağar toylarını və yas mərasimlərini yığcam, ara məsafəsi gözləməklə keçirmək lazımdır.

Toya gələnlərlə görüşüb öpüşməyə, nəfəs-nəfəsə dayanıb söhbət etməyə, digər bu kimi davranışlara yol verməmək lazımdır. Həkimlər, ekspertlər, hətta COVID-ə yoluxaraq ağır vəziyyətə düşmüş insanlar durmadan həyəcan təbili çalırlar ki, sağlamlığınızın qayğısına qalın, özünüzü, ailənizi bu gözəgörünməz bəladan qoruyun. Axı biz ağıllı, şüurlu, hər şeyi görüb-götürmüş insanlarıq, qaydalara əməl etməliyik. Dünyanın bir çox ölkələrində insanlar peyvəndləməyə möhtac qaldıqları halda bizdə hökumət, Azərbaycanın dövlət başçısı ölkə əhalisinin bu bəladan minimum itki ilə qurtulması üçün nə lazımdırsa edir. Xəstəxanalar, poliklinikalar, hətta xüsusi avtobuslarla həkim briqadaları həyətlərə gəlib insanlara ödənişsiz dövlət hesabına vaksin vururlar, maarifləndirici tövsiyələr verirlər. Bəs bunun müqabilində bizlərdən tələb edilən nədir? Cavab birdir: vətəndaş məsuliyyəti! Əgər insanlar bu məsuliyyəti dərindən dərk etsələr və həkimlərin dedikləri kimi qaydalara əməl etsələr, ilk növbədə yanındakının, ətrafındakının qayğısına qalmalı, onu yoluxmadan qorumalıdır. 

Əhali arasında söhbətlərdən o da məlum olur ki, yoluxma və ölüm hallarının çoxalmasına səbəb bəzi insanların vaksinasiyaya laqeyd yanaşması, peyvənd olunmamasıdır. Xəstəxanalardan alınan məlumatlarda da bu həqiqət özünü göstərir.

Həkim-terapevt Həsən Məmmədov deyir: “Bütün günü ya telefonla, ya da iş yerimdə insanlarla, xəstələrlə əlaqədəyəm, görünən odur ki, ölkəmizdə vaksinasiya olunmayanlar çoxdur. Nədənsə çoxları “SinoVac” vurdurmaq istəmir. Niyə, nə səbəbə, özləri də tam bilmirlər. Gedib “Pfizer” üçün növbəyə dayanırlar, bu da bəzən 1 ay çəkir. Hamı bilməlidir ki, hər iki vaksin Dünya Səhiyyə Təşkilatı tərəfindən qeydiyyatdan keçib, məsləhət bilinib. Hansınasa şübhə ilə yanaşmağa, ehtiyat etməyə lüzum yoxdur. Əlbəttə, hər bir məntəqədə “Pfizer” vurdurmaq üçün şərait yaradılsa, hamı da gedib orada vaksin olunar və növbələr bir-birini əvəzləməz. Nəticədə vaxt keçir, növbə çatana qədər də şəxs yoluxur. 60 faiz yoluxma halı ilə xəstəxanaya gələn çoxlu insanlar var. Onlar da yoluxmanın artmasına səbəb olur. Odur ki, vaksinasiyaya getmək lazımdır.

Həkim onu da bildirdi ki, yoluxmaların artmasının daha bir səbəbi maskanın taxılmaması və ya ondan düzgün istifadə edilməməsi ilə bağlıdır. Bir neçə gün bundan əvvələ kimi avtobusda hər 10 nəfərdən doqquzu maskasız olurdu. Maska taxılmırsa, deməli, virusa yoluxma qaçılmazdır. Hər gün neçə-neçə xoşagəlməz hallarla üzləşən, məyusedici xəbərlər eşidən insanlar artıq görür və inanırlar ki, yoluxma artır, ölüm halları çoxalır, Odur ki, maskadan istifadə etməyə, vaksinasiya olunmağa başlayırlar. Maskanın kütləvi taxılmasına əməl edilsə, vaksinasiya sürətlə aparılsa, təbii ki, yoluxmada azalmalar olacaq. Yoluxmaların artmasının mövsümlə əlaqəsi yoxdur. Onsuz da havalar neçə vaxt idi ki, qızmar keçirdi, istilər indi-indi səngiyr. Bütün hallarda gigiyenik qaydalara ciddi əməl etmək lazımdır.

Sentyabrın 15-nə sayılı günlər qalır. Qarşıda ümumtəhsil müəssisələrinin açılması gözlənilir. Ənənəvi təhsili bərpa etməyin inamlı və təhlükəsiz yolu da vaksinasiyadan keçir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM