26 Iyul 2021 18:30
1052
CƏMİYYƏT
A- A+

Peyvəndləmə başladığı dövrdən etibarən heç bir səhiyyə qurumuna vaksinasiyadan sonra yaranan ciddi əks göstərişlə bağlı müraciət olunmayıb

 

İlk günlər koronavirus əleyhinə vaksinlərlə bağlı mənfi düşüncələrlə mübarizə aparmaq çox çətin idi. İnformasiyanın bolluğu, xüsusilə doğru olmayan məlumat çoxluğu səbəbindən vətəndaşlar kimə inanacaqlarını bilmirdilər. Zaman keçdikcə vaksinasiyadan keçən şəxslərin öz şəxsi təcrübələrini qohumları, ətrafları ilə paylaşması nəticəsində onlar deyilən miflərin özünü o qədər də doğrultmadığına şahid oldular.

Ölkəmiz tərəfindən seçilən hər bir vaksində əsas üstünlük təhlükəsizlik və yetəri qədər anticisimlərin yaranmasına doğru fokuslanmışdı. Demək olar ki, vaksinasiyanın əks göstərişləri ilə bağlı mifləri qırmışıq. Yanvar ayından bəri heç bir səhiyyə qurumuna ciddi əks göstərişlə bağlı müraciət olunmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.

Nazirliyin nümayəndəsi bildirib ki, əks göstərişlər hər bir vaksinə xasdır. Bu da bədənin yaranan anticisimlərə verdiyi cavab reaksiyasıdır: “Tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsi daha yaxşıdır. Çünki orada anticisimlər yaranır və immunitet qazanılır. Bu, bədənin virusa qarşı mübarizəsidir. Həkimlər hərarət müəyyən dərəcəyə qədər yüksələn zaman onu düşürməməyi tövsiyə edirlər. Çünki bu, orqanizmin verdiyi təbii cavab reaksiyasıdır”.

G.Quluzadə bildirib ki, gündəlik vaksinasiya tablosuna baxanda müraciətlərin kifayət qədər olduğunu və insanların qorxmadan vaksin oluna bildiyini müşahidə etmək mümkündür: “Burada maarifləndirmə işi hər zaman önəmlidir. Çünki tibb işçiləri digər əhali qruplarına nisbətən daha çox məlumatlıdırlar. Məlumatlandırma düzgün və dolğun aparılmalıdır ki, əhali doğru istiqamətə yönləndirilsin”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video