02:39 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Peyvənd olunmaqda yalnız fayda var

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:09 13.08.2021

 

COVID-19 infeksiyası barədə proqnozlar hələ də ürəkaçan deyil. Virusun yayılma tempi və yoluxma göstəriciləri artıq yüksələn sürətlə gedir. ÜST-ün də artıq təsdiq etdiyi kimi, virusdan qorunmağın yeganə yolu peyvəndlənmədən keçir.

 

Müalicə prosedurlarının heç biri peyvənd qədər təsirli deyil

 

Bəzi insanların vaksinasiyaya inamsızlığı və şübhə ilə yanaşması peyvəndlənib virusdan xilas olunmaqda əngəllər törədir. Mütəxəssislər isə bu inamsızlığın heç bir fakta əsaslanmadığını bildirirlər.

Amerikada ömrünün bir hissəsini peyvəndlərin tapılmasına həsr etmiş alim, peyvəndlərin “xaç atası” adı ilə məşhurlaşan doktor Stenli Plotkin onların əhəmiyyəti barədə deyir: “İnsan ölümünün qarşısını almaq üçün peyvəndlərin tapılması digər tibbi prosedurlardan daha effektli və əhəmiyyətli dərəcədə vacibdir. Hazırda tibbdə mövcud olan bütün modern sistemlər: əməliyyatlar, ən ağır xəstəliklərlə, məsələn, xərçənglə bağlı müalicə prosedurların heç biri insan ölümünün qarşısını almaqda peyvənd qədər təsirli deyil. Tuberkulyoz, poliomielit, difteriya, quduzluq və günümüzün ən böyük problemlərindən olan qrip kimi xəstəliklərin hamısına peyvəndin minimum təsiri 80 faizdir. Bir çox xəstəliklərin insanlar üçün öldürücü təsirinin aradan qaldırılması, tamamilə yox olması məhz peyvəndlər sayəsində mümkündür”.

Bütün müalicə və profilaktikaların, tibbi prosedurların əks-təsirləri ola bilər. Məsələn, antibiotikin də əks-təsirləri var. İstənilən ağrıkəsici insana mənfi təsir edə bilər. Peyvənddən yayınmaq daha böyük risklərə yol açır. Peyvəndin ən böyük yan təsiri isə 10 nəfərdən 3-də qızdırma verməsi, yaxud vurulan əzələsinin qızarmasıdır.

Hələ ki, bundan artıq əks-təsir müşahidə edilməyib. Buna görə, peyvənddən yayınıb özünü və yaxınlarının həyatını riskə atmağa dəyməz.

 

Həkimlər peyvənddən sonra ölüm riskinin aşağı olduğu qənaətindədirlər

 

Peyvənd olunandan sonra da COVID-19-a yoluxmaqdan qorunmaq lazımdır, çünki “peyvənd vurdurdunsa, xəstəliyə yoluxmayacaqsan” deyən bir nəfər də mütəxəssis yoxdur. Həkimlər peyvənddən sonra ölüm riskinin aşağı olduğunu söyləyirlər. Nə qədər ki, virus bütünlüklə məhv olmayıb, ondan qorunmaq vacibdir, bunun yolu isə vaksinasiyadır. 

Əllərimizi tez-tez sabunla yumalı, yaxud spirtləməliyik. İctimai yerdə asqırıb, öskürəndə ağzı ovucun içi ilə yox, qolun dirsək hissəsi ilə tutmaq lazımdır. Çünki sonra ovucla harasa toxunub virusu yaya bilərik. İctimai yerlərdə maskadan istifadə edilməlidir. Bu qanunla tənzimlənsə də, tənzimlənməsə də, insanlıq məsuliyyəti öz qüvvəsindədir. Maska hər 3 saatdan bir dəyişdirilməlidir, çünki onun qoruyuculuğu 3 saatdan sonra azalır. Adamların çox olduğu yerdən aralandıqdan sonra maska hökmən dəyişilməlidir. Özümüzlə spirt gəzdirməliyik. Əllərimizi hər hansı səthə vurduqdan sonra spirtləmək məsləhətdir. İş yerlərində və evdə döşəmə, qapılar, qapı tutacaqları xlorlu məhlullarla dezinfeksiya edilməlidir.

Özümüzü və yaxınlarımızı ölüm təhlükəsindən qorumaq üçün mümkün qədər yaxın təmaslardan yayınmalıyıq. Görüşəndə əllə görüşməkdən, öpüşməkdən yayınmaq məsləhətdir. Qidaya qiqqət etməli, daha çox sağlam məhsullara üstünlük verilməlidir. Sitrus meyvələrindən (kivi, mandarin, nar, apelsin və s.) və fitosidlərdən (göy soğan və sarımsaq) çox istifadə etmək lazımdır. İmmun sisteminin gücləndirilməsinin faydası var. Bütün bu qaydalara əməl etməklə və peyvənd olunmaqla sağlamlığımızı qoruya bilərik.

Azərbaycanda vəziyyət Avropa ölkələrindən, hətta qonşu Rusiya, Gürcüstan və Türkiyəyə nisbətdə yaxşıdır. Amma arxayınlaşmaq olmaz, çünki yoluxanların sayı artmaqda davam edir.

Düzdür, peyvənd olunanların da sayı artmaqdadır. Onların ümumi sayı 5 milyonu ötüb. Amma peyvənd olunanların sayı nə qədər çox olarsa, bir o qədər tez bu virus bəlasından xilas olarıq. Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda deyilir: “Əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara da riayət olunmalıdır”.

 

Ramilə QURBANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM