01 Sentyabr 2021 12:44
209
DÜNYA
A- A+

“Pew Research Center”: ABŞ-ın yaşlı vətəndaşlarının yarısından çoxu Əfqanıstandan qoşunların çıxarılması barədə qərarı dəstəkləyir  

 

“Pew Research Center” tədqiqat mərkəzinin məlumatına görə, Amerikanın yaşlı əhalisinin 54 faizinin fikrincə, 20 illik müharibədən sonra ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərar “düzgün qərar” olub.

AZƏRTAC xəbər verir ki, avqustun 23-29-da keçirilmiş sorğuda iştirak etmiş yaşlı əhalinin təqribən 42 faizinin fikrincə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərar düzgün olmayıb. Sorğu iştirakçılarının 69 faizi bildirib ki, ABŞ Əfqanıstanda öz məqsədlərinə nail ola bilməyib.

Respondentlərinin 26 faizinin fikrincə Bayden administrasiyası Əfqanıstanda vəziyyətin nizamlanması üçün “əla” və “yaxşı” iş görüb. Sorğu iştirakçılarının 25 faizi administrasiyanın işini “qənaətbəxş”, 42 faizi isə “pis” hesab edir.

Amerikalıları narazı salan əsas səbəb budur ki, ABŞ avqustun 31-də qoşunların çıxarılmasını başa çatdırıb, lakin bundan əvvəl bütün Amerika vətəndaşlarını və əfqan tərəfdaşları oradan təxliyə edə bilməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video