30 Iyun 2021 02:04
1101
İDMAN
A- A+

Petkoviç komandası ilə qürur duyur

 

“Komandanın bu uğurundan qürur duyuram. Çox vaxtımız olmasa da, qələbəni qeyd edəcəyik. Əminəm ki, bu oyunumuzu təkrarlaya bilərik. Hər tənqidə, hər uğursuzluğa cavab verdik. İndi bu matçı unutmağa çalışacağıq və 1/4 finala hazırlaşmağa başlayacağıq”.

Bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç “Avro-2020”nin 1/8 finalında Fransaya qalib gəldikləri oyundan sonra deyib.

“Fransa kimi son dünya çempionununu 120 dəqiqə və penaltilər seriyasının yekununda mübarizədə kənarlaşdırdığımız üçün sevinirəm. Meydanda nələr etməli olduğumuzu, rəqibə necə cavab verəcəyimizi bilirdik. Türkiyə ilə matçla müqayisədə oyunumuzda kiçik dəyişikliklər etmişdik” - deyə o bildirib.

57 yaşlı mütəxəssis bu qarşılaşmanın karyerasının ən əhəmiyyətli qələbəsi olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Xeyr. Çünki çalışdığım klublarla da vacib qələbələr qazanmışam. Lakin İsveçrə uzun müddət idi ki, böyük bir turnirin 1/4 finalına çıxmırdı. Bu qələbə irəliləməyimizə kömək edəcək, psixoloji cəhətdən daha da güclənəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video