19:24 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Peru Konqresi Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
ANA SƏHİFƏ / SİYASƏT
09:54 14.10.2021

 

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, sənəddə 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin təxribatçı addımlarına qarşı cavab tədbirləri gördüyü və beləcə həmin ölkənin təcavüzkar siyasətinə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı bildirilir.

Bəyanatda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən təxminən 30 illik işğalından sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün fundamental hüquqlarını təmin edərək öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratdığı qeyd olunur.

Ardınca 27 sentyabrda “qardaş ölkə Azərbaycanın Vətən müharibəsində qəhrəmancasına həlak olmuş əsgər və zabitlərinin xatirəsini yad etmək üçün Prezident İlham Əliyevin Sərəncamı əsasında elan edilmiş Anım Gününü” qeyd etdiyi söylənilir və ölkə tarixində yeni bir dövrün başlanğıcını qoyduğu, bölgədəki reallıqları dəyişdiyi və beynəlxalq ədaləti bərpa etdiyi üçün “Anım Günü”nün Azərbaycanda olduqca əlamətdar tarix hesab olunduğu deyilir.

Sonda Azərbaycan xalqına Vətəninin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram olaraq başsağlığı ifadə edilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM