16 Noyabr 2011 03:11
376
İQTİSADİYYAT
A- A+

Pensiya və müavinətlərin maliyyələşməsinə yönəldilən vəsait 20,4 faiz çoxalıb

 

Cari ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1716,6 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 268,2 milyon manat və ya 18,5 faiz çoxdur. Bu barədə fondun ictimaiyyətlə əlaqə sektoru məlumat yayıb.

Məlumatda bildirilir ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 11,2 faiz  artaraq 967,1 milyon manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,6 faizi qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12 faiz artıb, proqnoz isə 101 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi də gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 14,1, torpaq mülkiyyətçiləri üzrə isə 14,8 faiz artıb.

Cari ilin yanvar-oktyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 390,6 milyon manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artıb. Sair gəlirlər üzrə daxilolmalar isə 5,4 milyon manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 1650,2 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,4 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,6 faiz artaraq 1606,9 milyon manat təşkil edib.

Bundan əlavə, 2011-ci ilin ilk 10 ayında əhaliyə 43,3 milyon manat məbləğində müavinət ödənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video