23 Oktyabr 2011 12:10
429
İQTİSADİYYAT
A- A+

Paytaxtda çoxmərtəbəli qarajlar tikilir

 

Bakının nəqliyyat sisteminin inkişafı və gediş-gəlişin asanlaşdırılması məqsədilə bir sıra iri layihələr həyata keçirilir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində yeraltı və yerüstü qarajların tikintisi əhəmiyyətli yer tutur.

Hazırda paytaxtda 100-dən çox yerdə yeraltı və yerüstü qaraj tikilir. Bu qarajların arasında 2-3-4-5-6, hətta 9 mərtəbəliləri də var. Əksər qarajların hər mərtəbəsinin sahəsi 400 kvadratmetrə bərabərdir.

Artıq Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində - Nəsiminin heykəlinin altında 300 və yeni avtovağzalda 1500 avtomobil tutumu olan yeraltı qarajlar istifadəyə verilib. Cəlil Məmmədquluzadə küçəsində ("Gənclik" metrostansiyası yaxınlığında) isə möhtəşəm yerüstü qaraj tikilir. Bu tikilinin də ən yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Bundan başqa, "Azadlıq" meydanında tikintisinə başlanılmış yeraltı qarajın da hazır olmasına çox vaxt qalmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video