17:39 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Payızlıq əkinlərin mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı bölgələrdə müşavirələr keçirilib

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 10.10.2021

 

Bölgələrdə payızlıq əkinlərə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı maarifləndirici görüşlər keçirilir.

Qobustan, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala və Balakən rayonlarında keçirilən müşavirələrdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev və nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, nazirliyin aparatı və tabeli qurumlarının nümayəndələri, fermer və özəl toxumçuluq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev bildirib ki, ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatı aqrar sektorda dövlət siyasətinin əsasını təşkil edir. Qeyd edilib ki, fermerlərin keyfiyyət və kəmiyyət göstəriciləri yüksək olan toxumlarla təminatı daim diqqətdə saxlanılır. Bu səbəbdən taxıl istehsalının artırılmasında digər aqrotexniki tədbirlərlə yanaşı, payızlıq dənli bitkilərin səpininin bölgələr üçün müəyyən edilmiş optimal müddətlərdə başa çatdırılması mühüm əhəmiyyət kəsb edir. Fermerlərin diqqətinə çatdırılıb ki, vaxtında və düzgün aparılan aqrotexniki tədbir, torpağın düzgün hazırlanması, sortun düzgün seçilməsi, alaqlara qarşı mübarizə tədbirləri, eyni zamanda üzvi və mineral gübrələrdən düzgün istifadə olunması mühüm şərtlərdəndir. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır.

Taxılçılıqda xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə fermerlərin və toxumçuların sualları cavablandırılıb, onlara müvafiq məsləhətlər verilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM