13:38 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
ANA SƏHİFƏ / FƏRMANLAR
01:16 11.12.2019


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 aprel tarixli 609 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

"Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 505; 2003, № 10, maddə 571; 2004, № 7, maddə 526; 2009, № 4, maddə 226; 2010, № 12, maddə 1064; 2012, № 7, maddə 679; 2014, № 7, maddə 798; 2019, № 3, maddə 440) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddən "4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bənddə "39.2-ci maddəsində (birinci halda)” sözləri "39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. həmin Qanunun 39.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

3. 2.2-ci bənddə "39.2-ci maddəsində (ikinci halda)” sözləri "39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.

4. 2.4-cü bənddən "4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bəndə "39.2-ci maddəsində” sözlərindən sonra "(birinci halda)” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2019-cu il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM