18:50 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Paşinyanın Rusiya səfəri Ermənistanda tənqidlə qarşılanıb
ANA SƏHİFƏ / SİYASƏT
00:10 15.10.2021

 

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüş İrəvanda müzakirə mövzusuna çevrilib.

Görüşdən sonra Paşinyan Rusiya Prezidenti ilə görüşünü səmərəli adlandırıb. O, bu barədə rəsmi “Twitter” səhifəsində yazıb: “Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəmi, həm də bölgədəki vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik”.

N. Paşinyan həmçinin qeyd edib ki, hələlik regionda vəziyyətin tam sabitləşməsindən danışmaq olmaz. Onun sözlərinə görə, regionun təhlükəsizliyinin təmin olunmasında Rusiya açar rolunu oynayır.

Daha əvvəl Ermənistan hökumətinin Mətbuat xidməti Paşinyanla Putinin İrəvan və Moskvanın müttəfiq gündəliyi, regional təhlükəsizlik məsələləri, Qarabağla bağlı bəyanatların icrası, eləcə də inteqrasiya birliklərində qarşılıqlı əlaqəni müzakirə etdiklərini açıqlamışdı.

Ermənistanın İslahatçılar Partiyasının sədri Vahan Babayan isə bununla bağlı bildirir: “Moskvada çox cəld şəkildə Paşinyanı imzalanmalı olanı imzalamağa məcbur edəcəklər”. Erməni siyasi xadimin sözlərinə görə, Ermənistanın bugünkü fəaliyyəti müharibəyə yenidən başlamağa əsaslanmamalıdır: “Təəssüf ki, müharibədən bir il keçib, lakin diplomatlarımızın Şuşa haqqında qışqırmasını eşitməmişəm”.

Ermənistanın “1in.am” nəşri yazır ki, bu fonda İrəvanda mövcud olan daxili siyasi dayazlıq daha da aşkar olur. Nəşrə görə, söhbət daxili siyasi həyatın mürəkkəb vəziyyətindən deyil, şərti olaraq regional inkişaflarda maraqlı olan və ziddiyyətli strategiyaları olan mərkəzlərə və region ölkələrinə Ermənistanı “asanlıqla” deşifrə etməyə, beləliklə də ölkə ilə bağlı oyunla əlaqəli olan problemləri həll etməyə imkan verməyəcək mürəkkəb çətinlikdən gedir: “Bu səbəbdən oyunun iştirakçısı olmaq üçün böyük maliyyə-iqtisadi resurslar yoxdursa, belə ölkələrə daxili siyasi quruluşun məzmun mürəkkəbliyi və çoxqatlılığı lazımdır. Lakin Ermənistanda illər ərzində davamlı olaraq hər şey daxili siyasi dayazlıq yaratmaq, bunu reallaşdırmaq üçün edilib, siyasi mətnlər olmadıqda və ən yaxşı halda siyasi mətnlər səslənəndə həm şimalda, cənubda, həm də qərbdə və şərqdə üçüncü ölkələrin maraqlarına xidmət etməyə qeyd-şərtsiz hazırlıq haqqında danışılıb. Məhz bu daxili siyasi dayazlıq Ermənistandakı və onun ətrafındakı vəziyyətin mürəkkəbliyini, ondan irəli gələn problemləri göstərir. Bu mənada Paşinyanın Rusiyaya son səfəri də ölkəyə hər hansı uğur qazandırmadı”.

Azərbaycanın Ermənistanla münasibətləri bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında normallaşdırmaqdan, iki ölkə arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası barəsində təkliflərinin İrəvanın qəbul etməkdən başqa yolunun olmadığı xüsusi qeyd edilir. Hesab edilir ki, bu, Rusiyanın da maraq dairəsindədir. Elə bu səbəbdən bu məsələ Rusiyada Paşinyanın diqqətinə çatdırılıb.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM