02:36 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
18:11 08.04.2021

 

Aprelin 8-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova gündəlikdəki birinci məsələ - Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə Qanun layihəsi barədə məlumat verib.

Komitə sədri qanun layihəsinin 3-cü maddəsində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dair irəli sürülən dəyişikliklərə baxılacağını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51 və 115-ci maddələrində nəzərdə tutulan dəyişikliklər uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edəcək icra hakimiyyəti orqanının dəqiqləşdirilməsinə xidmət edir.

Vurğulanıb ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsi baxımından layihədə “müvafiq icra hakimiyyəti orqanı” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilməsi təklif olunub. Eyni dəqiqləşdirmənin məcəllənin 166-cı maddəsində doğumun qeydə alınması qaydasında da tətbiq edildiyi bildirilib.

Komitə qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edib.

Sonra komitə sədri gündəliyin ikinci məsələsi - “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında” , “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında” , “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” , “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verib.

Bildirilib ki, bu sənədin də məhz 11-ci maddəsində nəzərdə tutulan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna ediləcək dəyişikliklər komitənin müzakirəsinə çıxarılıb. Diqqətə çatdırılıb ki, bu dəyişikliklər də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsi zərurətindən yaranıb.

İclasda çıxış edən komitə sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Rəşad Mahmudov və Sədaqət Vəliyeva qanun layihəsi barədə fikirlərini bildiriblər. Müzakirələrdən sonra deputatlar qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda komitə üzvləri Rauf Əliyev, Pərvin Kərimzadə, Ramin Məmmədov, Sevil Mikayılova, Könül Nurullayeva və digər rəsmi şəxslər də iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM