21 Fevral 2012 02:02
552
PARLAMENT
A- A+

Parlament xəbərləri

 

ATƏT-in Parlament Assambleyasının 11-ci qış sessiyasında iştirak etmək üçün Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin qurumdakı nümayəndə heyəti fevralın 21-dən 25-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq. Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və deputat Ağalar Vəliyev daxildirlər. 

Sessiya çərçivəsində ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitələrin iclasları keçiriləcək. ATƏT zonasında hüquq və məhkəmə sistemində aparılan islahatlar, terrorizm və cinayətkarlıqla mübarizə məsələləri müzakirə olunacaq. Avropada hazırkı maliyyə-iqtisadi böhrana dair açıq debatlar aparılacaq.

Üç komitənin birgə iclasında gender məsələlərinə baxılacaq, milli azlıqların işləri üzrə Ali komissarın çıxışı ətrafında fikir mübadiləsi aparılacaq, "ATƏT zonasında adi silahlı qüvvələr üzərində nəzarətin gələcəyi" mövzusunda xüsusi müzakirə keçiriləcək. 

Qurumun Daimi Komitəsində öncə ATƏT PA-nın sədri Petros Eftimiunun, daha sonra  ATƏT PA-nın  Baş Katibi Spenser Oliverin və digər rəsmilərin məruzələri dinləniləcək. Seçkilərin müşahidəsinə, xüsusi komitələrin və xüsusi nümayəndələrin işlərinə həsr olunmuş məruzələr diqqət mərkəzində olacaq.

Sessiyanın yekununda ATƏT PA-nın 2012-ci il üçün nəzərdə tutulmuş tədbirlərinə dair  təşkilati məsələlərə baxılacaq.  

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətimizin üzvləri qurumun bütün iclaslarında iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın milli maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.

* * *

Milli Məclis Sədrinin müavini Bahar Muradova və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova İstanbulda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 25-də Türkiyəyə səfərə yola düşəcəklər.

Deputatlarımız qardaş ölkənin İstanbul şəhərində bu faciəyə həsr olunmuş mərasimlərə qatılacaq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Xocalıda törətdikləri qətliamla bağlı Türkiyə ictimaiyyətinə ətraflı məlumat verəcək, XX əsrin ən dəhşətli hadisələrdən biri olan Xocalı faciəsinin dünya ölkələrində soyqırımı kimi tanıdılması üçün görülməli olan işlərdən danışacaqlar. 

Səfər fevralın 27-də başa çatacaq.

 

Milli Məclisin mətbuat xidməti

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video