14 Sentyabr 2011 02:09
536
SİYASƏT
A- A+

Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşe ilə görüşmüşdür

 

Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban xanım Əliyeva sentyabrın 13-də Fransa Senatının sədri Jerar Larşe ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımını Fransa Senatı binasının qarşısında parlamentin sədri Jerar Larşe qarşılamışdır.

Görüşdə Fransa Senatı ilə Azərbaycan arasında əməkdaşlığın davam etdiyi xüsusi vurğulanmışdır. Mehriban xanım Əliyeva Fransaya səfərindən və Senatın sədri ilə görüşdən məmnunluğunu bildirərək qeyd etmişdir ki, Azərbaycan-Fransa dostluq qrupunun sədri kimi ölkələrimiz arasında əməkdaşlığın və parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün səylərini davam etdirir. Bu baxımdan Fransada Azərbaycan ilə bağlı təşkil edilən mədəni tədbirlər, konsertlər, konfranslar, sərgilər ikitərəfli münasibətlərin gücləndirilməsində mühüm rol oynayır.

Ölkəmizin ən ağrılı problemi olan  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Mehriban xanım Əliyeva demişdir ki, Fransa Senatı əvvəllər də bu məsələdə mühüm rol oynamışdır və gələcəkdə də bu rolun əhəmiyyəti böyükdür.

Azərbaycanın birinci xanımı Fransa Senatının sədrini ölkəmizə rəsmi səfərə dəvət etmişdir. Görüşdə Fransa Senatının Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişlər.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video