23 Sentyabr 2021 21:09
748
DÜNYA
A- A+

Paris Notr-Dam kilsəsinin restavrasiyası üçün 840 milyon avrodan çox ianə toplanıb

 

Paris Notr-Dam kilsəsinin restavrasiyası üçün 842,8 milyon ianə toplanıb. Restavrasiya işlərinə məsul olan general Gorgelən artıq tenderlərin irəli sürüldüyünü bildirib. Qeyd edib ki, fransız və xarici donorlar sayəsində toplanılan bu məbləğ kafedral kilsənin gələcəyini inamla təsəvvür etməyə imkan verir.

Hazırda tenderin qalibləri seçilir. Kilsənin restavrasiyası ilə bağlı yekun qiymətləndirmə cari ilin sonunadək ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, kafedral kilsənin restavrasiyası müəyyənləşdirilmiş təqvimə uyğun aparılacaq. Onun açılışı isə 2024-cü ilə nəzərdə tutulur. 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunları zamanı kafedral kilsənin turistləri qəbul edə bilməsi üçün müvəqqəti giriş barədə plan hazırlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video