05:56 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Paralimpiyaçılarımızın möhtəşəm qələbəsi

ANA SƏHİFƏ / İDMAN
00:29 07.09.2021

 

Azərbaycan medalların sayına görə ilk 10-luqda yer aldı

 

Azərbaycan paralimpiyaçıları Yaponiyanın paytaxtı Tokioda keçirilmiş XVI Paralimpiya Oyunlarını möhtəşəm qələbə ilə başa vurdular. Yığmamız gərgin keçən yarışlarda 19 medal qazanaraq medal almış 84 ölkə sırasında 10-cu oldu. Onlardan 14-ü qızıl, 1-i gümüş, 4-ü isə bürünc medaldır. Bu, tarixi rekorddur.

Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Hüseyn Rəhimli (81 kiloqram), Dürsədəf Kərimova (+70 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) və İlham Zəkiyev (+100 kiloqram) bürünc medala sahib oldular. 100 metr məsafəyə arxası üstə, habelə sərbəst və batterflyay üsulla üzgüçülük yarışlarında Roman Saley finişə birinci çataraq üçqat Paralimpiya çempionu adını qazandı. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə yarışda birinci oldu.

 Nizəatma yarışında dünya rekordu (51,42 m) müəyyənləşdirən paraatletimiz Həmid Heydəri də fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Elvin Astanov nüvəitələmə yarışında birinci (8,77m), Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutdular. Paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda gümüş medal qazandı. O, 400 metr məsafəyə qaçışda isə bütün rəqiblərini qabaqlamağı bacardı. Məsafəni 55 saniyəyə qət edən təmsilçimiz həmçinin Paralimpiya rekordu müəyyənləşdirdi. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxdıqdan sonra Azərbaycana 14-cü qızıl medalı  Orxan Aslanov qazandırdı. Uzunluğa tullanma yarışında mübarizə aparan paralimpiyaçımız 7,36 metrlik nəticə göstərdi.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov: “Bu, idmançılarımız üçün tarixi bir paralimpiada idi. Biz Tokioda Azərbaycan idmanının, paralimpiyaçılarımızın gücünü göstərdik, tarixi qələbə qazandıq. Bu, Azərbaycanın 25 illik paralimpiya tarixində ən uğurlu Paralimpiya Oyunları oldu. Planetin ən güclü idmançılarının yarışdığı turnirdə gərgin idman mübarizəsinin şahidi olduq. Azərbaycanda da Tokiodan medal xəbəri eşitmək ümidi ilə yarışlar böyük həyəcanla izlənildi”.

Qeyd edək ki, cüdo yarışında Azərbaycan yığması 6 qızıl medal qazanaraq komanda hesabında birinci yerdə qərarlaşdı. Cüdonun yarandığı, onun ana vətəni sayılan Yaponiyada bizim idmançılar bütün rəqiblər üzərində qələbə qazandılar. İ.Rəhimovun dediyinə görə, bu barədə bütün Yaponiya mətbuatı yazır, yapon ictimaiyyəti danışır. Bu münasibətlə mən idmançılarımızı və bütün xalqımızı təbrik edirəm. Bir daha bütün idmançılarımızın adından Prezident İlham Əliyevə təşəkkür edirəm. Həm dövlət başçısı, həm də Mehriban xanım Əliyeva hər gün bizim idmançılarımızın çıxışlarını izləyirdilər, onların hər bir uğuruna bizimlə birlikdə sevinirdilər, təbriklərini göndərirdilər. Bu, əlavə olaraq bizim üzərimizə böyük məsuliyyət qoyurdu, idmançılarımızı daha da ruhlandırırdı. Bu qayğıkeşliyə, diqqətə görə biz cənab Prezidentə, Mehriban xanıma təşəkkür edirik. Şadıq ki, onların bizə göstərdiyi böyük etimadı doğrulda bildik. Çox şadıq ki, biz Vətənə böyük qələbə ilə dönürük. Şadıq ki, biz Azərbaycan idman tarixində böyük bir səhifə yazdıq və sübut etdik ki, Azərbaycan idmanı çox güclüdür. Azərbaycan çox güclü dövlətdir. İstənilən səviyyəli yarışlarda bizim idmançılar ön sıralarda gedə bilərlər və gedirlər”.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM