11 Noyabr 2011 01:11
336
DÜNYA
A- A+

Papademos Yunanıstanın yeni Baş naziridir

 

Yunanıstanın Baş naziri Georgios Papandreu hökumətin başçısı vəzifəsindən istefa verdiyini rəsmən elan etmişdir. Bu barədə "Röyter" agentliyi xəbər verir. Baş nazirin istefa vermək niyyəti barədə noyabrın 7-də xəbər yayılmışdı. Bundan bir gün sonra hökumət istefaya getmişdir. Papandreu yerli televiziya ilə müraciətində bildirmişdir ki, ölkənin siyasi liderləri koalisiya hökumətinin tərkibi barədə razılığa gəlmişlər. O, baş nazir vəzifəsini kimin tutacağını açıqlamamışdır.

Könüllü istefanın səbəbi kimi ölkədə uzunmüddətli iqtisadi böhran şəraitində Papandreunun hərəkətləri, məsələn, Avropa İttifaqı tərəfindən maliyyə yardımı müqabilində büdcə xərclərinin azaldılması ilə bağlı məsələnin ümumxalq referendumuna çıxarmaq cəhdi göstərilir. Baş nazirin bu addımları həm ölkədə, həm də Avropa İttifaqında tənqid edilmişdi. Son məlumata görə, siyasi liderlərin razılığı ilə koalisiya hökumətinə Avropa Mərkəzi Bankı sədrinin sabiq müavini Lukas Papademos başçılıq edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video