18:46 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pandemiya Avropada insan alveri problemini kəskinləşdirib

ANA SƏHİFƏ / DÜNYA
01:34 13.04.2021

 

COVID-19 pandemiyası Avropada insan alveri problemini daha da kəskinləşdirmişdir. Bu fikir Avropa Şurasının insan alverinə qarşı mübarizə üzrə ekspert qrupunun (Greta) illik hesabatında yer almışdır.

Qrupun rəhbəri Helqa Qayer qeyd etmişdir ki, “insan alverçiləri bir çox qurbanlarının qeyri-sabit maddi durumundan istifadə edərək vəziyyətdən maksimum yararlanmışlar”. Söhbət insanlardan “son dərəcə ucuz işçi qüvvəsi kimi” istifadə etməkdən gedir.

Greta-nın verdiyi məlumata görə, Belçika, Böyük Britaniya və Portuqaliya kimi ölkələrdə köləliyin bu yeni forması seks sənayesində insanların istismarından daha böyük problemdir. Hesabatda Avropada son dərəcə aşağı əməkhaqqı müqabilində işləmək məcburiyyətində qalanların sayı göstərilməmişdir.

Hesabatın müəllifləri hesab edirlər ki, kişilər kənd təsərrüfatı, inşaat, balıqçılıq və ərzaq istehsalı sənayesində qadınlara nisbətən ucuz işçi qüvvəsi kimi daha çox istismar edilirlər. Qadınlardan isə ev işləri görmək və ya xəstələrə, yaxud yaşlılara qulluq etmək üçün istifadə olunur. Qurbanlar deportasiya olunmaqdan və ya cinayətkar qruplaşmaların qəzəbinə tuş gəlməkdən qorxaraq hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Cinayətkarları nadir hallarda məsuliyyətə cəlb etmək mümkün olur.

Bundan başqa, qeyri-hökumət təşkilatları məlumat vermişdir ki, pandemiya zamanı insan alverinin qurbanı statusunun verilməsi prosesi ləngiyir. Bu, qurbanların təhlükəsiz mənzillərə, səhiyyəyə və digər yardımlara çıxışını ciddi şəkildə əngəlləyir. Hesabatda həmçinin qeyd olunur ki, karantin və səyahət məhdudiyyətlərinin tətbiqi onlayn cinsi istismarın artmasına gətirib çıxarmışdır.

Avropa Şurasının ekspertləri hesab edirlər ki, pandemiyanın insan alveri ilə bağlı vəziyyətə təsiri uzunmüddətli perspektivdə də özünü göstərəcək: “Pandemiyanın aşkar təsirindən başqa, onun uzunmüddətli sosial-iqtisadi fəsadları insan alverinin başlıca səbəblərini, o cümlədən yoxsulluq, işsizlik və gender bərabərsizliyini ağırlaşdıra bilər”.

Greta qrupunun vəzifəsi Avropa Şurası ölkələrində insan alverinə qarşı mübarizə aparmaqdır. İnsan Alverinə qarşı Mübarizə üzrə Avropa Konvensiyasını indiyədək Rusiyadan başqa, Avropa Şurasının üzvü olan bütün dövlətlər imzalamışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM