10 Noyabr 2021 22:40
849
SİYASƏT
A- A+

Pakistanın xarici işlər naziri Azərbaycana dəstəyini bir daha ifadə edib

 

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi bir daha Ermənistanın işğal etdiyi əraziləri azad edən Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini ifadə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentliyi məlumat yayıb.

APP (Assosiated Press of Pakistan) agentliyinə istinadla yayılan xəbərdə qeyd olunub ki, Şah Mahmud Qureşi Pakistan Milli Assambleyasında Azərbaycan nümayəndə heyətini salamlayaraq deyib: “Mən Pakistan xalqının Azərbaycan xalqının arxasında durduğunu bir daha ifadə etmək istəyirəm. Azərbaycan beynəlxalq platformada Pakistanın yanında olan ölkələrdən biridir. Mən xoşbəxtəm ki, biz sizin haqlı mübarizənizi dəstəkləmişik və bu gün sizinlə birlikdə Qələbəni qeyd edirik”.

Pakistanlı nazir məmnunluqla qeyd edib ki, qardaş Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Türkiyə ilə birlikdə Pakistanın dövlət bayrağı da dalğalanıb. O, həmçinin Kəşmir məsələsində dəstəyinə görə ölkəmizə təşəkkürünü bildirib.

Pakistan Milli Assambleyasının vitse-spikeri Qasim Suri də parlamentin iclasında Azərbaycan Milli Məclisinin nümayəndə heyətini və diplomatlarını salamlayıb. Pakistanlı parlamentarilər öz həmkarlarını alqışlarla qarşılayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video