09:37 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pakistanın Milli Kitabxanasında Heydər Əliyev guşəsi açılmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
02:02 16.02.2012

 

Fevralın 14-də Pakistanın Milli Kitabxanasında Heydər Əliyev guşəsinin açılış mərasimi və "Pakistan-Azərbaycan münasibətləri" kitabının təqdimatı olmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərasimdə Pakistanın aparıcı universitetlərinin professor-müəllim heyəti, habelə ölkənin tanınmış ictimai-siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Yaradılmış guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ədəbiyyat, sənədlərin nüsxələri, fotolar və digər materiallar yerləşdirilmişdir.

Açılış mərasimində çıxış edən Pakistanın Milli Kitabxanasının baş direktoru Məhəmməd Nazir dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan və zəngin fəaliyyətindən danışaraq ulu öndərin müasir müstəqil Azərbaycanın yaranmasında oynadığı müstəsna rolunu vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin banisi olduğunu deyən M.Nazir ulu öndərin 1996-cı ildə Pakistana səfərini xatırlatmış, səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlərin əlaqələrin hüquqi bazasını təşkil etdiyini bildirmişdir.

Kitabxananın baş direktoru guşədəki materialların geniş auditoriya üçün açıq olduğunu qeyd etmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM