16 Oktyabr 2021 22:11
857
SİYASƏT
A- A+

Pakistan səfirinin müavini: İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərinin sürəti bizi heyrətləndirdi  

 

İşğaldan azad olunmuş ərazilərdə, xüsusilə də Suqovuşan qəsəbəsi və Talış kəndində aparılan tikinti-quruculuq işlərinin hazırkı miqyası və sürəti bizi həm sevindirir, həm də təəccübləndirir. Bu ərazilərə internet və rabitə xətlərinin çəkilişi, buranın elektrik enerjisi ilə təmin olunması istiqamətində görülən işlər təqdirəlayiqdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfirinin müavini Muazam Əli diplomatik korpus nümayəndələrinin Tərtərin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri zamanı jurnalistlərə açıqlamasında söyləyib.

Postmünaqişə dövründə Cənubi Qafqazın gələcək inkişafı ilə bağlı jurnalistin sualına cavab verən M.Əli deyib: “Regionda vəziyyətin daha sabit olacağına inanıram. Bölgədə iqtisadi əlaqələrin və dəhlizlərin açılması, yenidən inkişaf etdirilməsi üçün bütün Qafqazda ölkələri əməkdaşlıq etməlidirlər”.

Muazam Əli vurğulayıb ki, Pakistan regionda dəhlizlərin açılması istiqamətində görülən işləri, xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizin açılması ilə bağlı təşəbbüsü dəstəkləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video