22 Iyul 2021 12:51
881
DÜNYA
A- A+

Özbəkistanda COVID-19-la bağlı vəziyyət pisləşir  

Özbəkistanda COVID-19-la bağlı vəziyyət günbəgün pisləşir. Son sutka ərzində ölkədə koronavirusa 719 yoluxma halı, 492 pnevmoniya xəstəsi qeydə alınıb.

AZƏRTAC Özbəkistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son gündə ölkədə dörd xəstə həyatını itirib və ötən ilin mart ayından bu yana koronavirusdan ölənlərin sayı 814-ə çatıb.

Yoluxma sayının artması fonunda artıq Özbəkistanda restoran, kafe və çayxanalarda müştərilərə 08:00-dən 20:00-dək ancaq açıq havada xidmət göstərilir. Toy, ad günləri və digər ailə şənlikləri şadlıq saraylarında açıq havada keçirilməlidir. Belə imkan yoxdursa, qonaqların sayı 50 nəfərdən çox olmamaq şərti ilə sosial məsafəyə və sanitar qaydalara əməl edilməklə bağlı məkanda şənliklər keçirmək olar.

Məscidlərdə cümə namazının kollektiv şəkildə qılınması ləğv edilib. İbadət evlərində sosial məsafə gözləmək və maska geyinməklə gündəlik namaz qılmağa icazə verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video