05 Sentyabr 2021 00:58
614
Mədəniyyət
A- A+

Özbəkistan portalı Bakının qədim binaları və onların tarixi haqqında məlumat yayımlayıb

 

Özbəkistanın “interpress.uz” portalında Bakının “Azadlıq” prospektində yerləşən qədim binalar, onların tarixi haqqında rus dilində material yerləşdirilib. Yazıda bildirilir ki, bundan əvvəl prospekt “Lenin”, “Stanislavski”, “Xalqlar dostluğu” adlanıb və dənizkənarı parkdan başlayaraq Binəqədi rayonuna qədər uzanır.

AZƏRTAC xəbər verir ki, Məqalədə Bakı Sabunçu Vağzalı, yaxınlıqdakı “28 May” metro stansiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və bu binanın tikilməsinin tarixi haqqında söhbət açılır. Vurğulanır ki, bina 1900-cü ildə memar İosif Qaslavskinin layihəsi əsasında tikilib və “Azadlıq” prospektində ən qədim tikililərdən biridir. Əvvəl burada Bakı Texniki Məktəbi olub, sonra bu məktəbin bazasında Azərbaycan Politexnik İnstitutu, daha sonra isə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu yaradılıb.

Yazıda 1826-cı ildə tikilən Sabunçu vağzalının tarixi haqqında söhbət açılır, “Şəfəq” kinoteatrı, hazırda isə Pantomim Teatrının yerləşdiyi qədim bina, “Dostluq”, “Sülh” kinoteatrlarının tikililəri haqqında məlumat verilir. Məqalədə adıçəkilən məkanlarla bağlı 15 fotoşəkil yer alıb.

Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video