04:16 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:02 12.02.2012

 

Küçədə reklam lövhəsi yerləşdirmək istəyirəm. Bunun üçün birdəfəlik icazə almalıyam. Bilmək istərdim, küçə reklam lövhəsinin yerləşdirilməsi üçün birdəfəlik icazəyə görə neçə manat dövlət rüsumu ödəmək lazımdır?

Sahib Xasiyev,

Bakı şəhəri

 

- "Dövlət rüsumu haqqında" qanunun 31.3-cü maddəsində küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun dərəcələri müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən sözügedən icazənin verilməsi üçün dövlət rüsumu Bakı şəhəri üzrə 70 manat, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 50 manat, digər regioanlar üzrə 35 manatdır.  

 

Məhkəməyə boşanma tələbi ilə müraciət etmişəm. Boşanma ilə yanaşı, həmin işdə ər-arvad arasındakı daha hansı mübahisələr həll edilə bilər?

N.Dadaşov,

Ağdaş rayonu

 

- Nikahın pozulması tələbi ilə bağlı prosesdə məhkəmə ər-arvad arasında yaranan digər mübahisələri də həll edə bilər: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünün aparılması; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarı (Azərbaycan Respublikası Ailə Məcəlləsi, 22.2-ci maddə). Məhkəmə bu mübahisələri tərəflərdən birinin tələbi (məsələn, birgə mülkiyyətdə olan əmlakın bölgüsünün aparılması) olduqda, eləcə də öz təşəbbüsü (uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması) ilə həll edə bilər.

Sonda qeyd edək ki, əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər (Ailə Məcəlləsi, 22.3-cü maddə).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM