02 Oktyabr 2011 12:10
974
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?

 

Səma Həsənli,

Bakı şəhəri

 

- İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci hissəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

Həmin maddənin 2-ci hissəsinə görə, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

 

Bildiyimə görə, hərbi xidmətə çağırılan şəxsin əmək müqaviləsinə xitam verilərkən ona müavinət ödənilir. Bu müavinətin məbləği nə qədər olmalıdır və ondan gəlir vergisi tutulurmu?

 

Mətləb Sultanov,

Masallı rayonu

 

- Azərbaycan Respublikası Əmək Mə

cəlləsinin (AR ƏM) 74-cü maddəsinin 1-ci hissəsinin "a" bəndinə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilir.

AR ƏM-in 77-ci maddəsinin 7-ci hissəsinə görə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c", 74-cü maddəsinin birinci hissəsinin "a" və "c" bəndləri ilə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəyir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.14.16-cı maddəsinə görə işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.

Göründüyü kimi, hərbi xidmətə çağırılma ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödənilməlidir və bu müavinət gəlir vergisindən azaddır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video