07 Oktyabr 2012 12:10
951
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Apelyasiya məhkəməsi rayon məhkəməsinin qətnaməsini ləğv edib yeni qətnamə qəbul etmişdir. Yeni qətnamə yuxarı məhkəmə tərəfindən də qüvvədə saxlanmışdır. Belə halda icra vərəqəsini hansı məhkəmə verməlidir?

 

Xurşud Əzimov,

Xırdalan şəhəri

 

- Bu məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə" 14 yanvar 2003-cü il tarixli 1 nömrəli Qərarında aydınlıq gətirilmişdir. Həmin qərarda  göstərilir  ki, Azərbaycan Respublikası apelyasiya məhkəmələri birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib yeni qətnamə çıxardıqda və ya qətnaməni dəyişdirdikdə icra vərəqələri apelyasiya məhkəmələri tərəfindən verilir.

Beləliklə, icra vərəqəsi işə baxmış apelyasiya instansiyası məhkəməsi tərəfindən veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video