09 Sentyabr 2012 01:09
890
Hüquq məsləhəti
A- A+

oxucuların suallarına cavab verir

 

Atamdan miras qalmış mənzil mənim və iki qardaşımın paylı mülkiyyətindədir. Bir qardaşım öz payını mənə satmaq istəyir. Lakin digər qardaşım satın almaqda üstünlük hüququna malik olduğunu deyir. Qardaşım satın almaqda üstünlük hüququna istinad etməkdə haqlıdırmı? 

 

Xanım FEYZIYEVA,

Mingəçevir şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə görə, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər.

Göründüyü kimi, satın almaqda üstünlük hüququ ümumi paylı mülkiyyət hüququndakı payın digər iştirakçıya deyil, hər hansı üçüncü şəxsə satılması zamanı qüvvədə olur. Əgər paylı mülkiyyətin bir iştirakçısı öz payını digər iştirakçıya satırsa, yəni, konkret olaraq sizin halda, onda digər iştirakçının satın almaqda üstünlük hüququna malik olmasından söhbət gedə bilməz.

 

Birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişəm. Amma indi iddiaçı ilə razılıq əldə etmişik və apelyasiya şikayətindən imtina etmək istəyirəm. Bu mümkündürmü? Əgər mümkün olarsa, bu halda nə baş verəcək?

 

Gündüz HƏSƏNLI,

Bakı şəhəri

 

- Siz apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi apelyasiya şikayətindən imtina edə bilərsiniz. Qeyd edək ki, bu cür imtina yazılı formada olmalıdır. Bu halda, apelyasiya instansiyası məhkəməsi, əgər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud deyilsə, şikayətdən imtinanın qəbul edilməsi və sizə münasibətdə apelyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edəcəkdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, 369.2-369.4-cü maddələr).

Nəzərinizə çatdıraq ki, sizin apelyasiya şikayətindən imtina etməniz birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olacaqdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, 369.1-ci maddə).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video