11 Iyul 2021 00:07
6226
CƏMİYYƏT
A- A+

Ov bərəkəti

Maral əti ləzzəti ilə yanaşı, sağlamlığa faydalılığı ilə də insanların seçim etdiyi qida növlərindəndir.

Bu ət tərkibindəki yağların və xolesterin miqdarının çox az olması səbəbindən ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün riskli qida sayılmır. Maral ətinin tərkibində PP, B1, B2 vitaminləri var ki, bu vitaminlərin qarışımı beyinin funksiyasını yaxşılaşdırır, hüceyrələrin inkişafına səbəb olur, enerji mübadiləsini normallaşdırır, iştahanı artırır. Maral ətinin tərkibindəki antioksidantlar xərçəng hüceyrələrinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Maral əti antibiotik və müalicəvi təsirlərə malikdir. Mütəmadi olaraq maral əti yemək atereskleroz, şəkərli diabet və hipertoniya xəstəliklərinin əmələgəlmə riskini aradan qaldırır. Maddələr mübadiləsini yaxşılaşdırmaqla orqanizmdə piy toxumasının yığılmasının qarşısını alır. Tərkibində olan maddələr sərbəst radikallara qarşı mübarizə aparır, orqanizmdən ağır metal duz zəhərlənmələrinin xaric olunmasını sürətləndirir, ürəkdə infarkt xəstəliyinin əmələgəlmə riskini aradan qaldırır.

Maral ətinin zərərli olması barədə heç bir mənbədə qeydlərə rast gəlinməyib. Nadir hallarda bu ət allergik reaksiyaların meydana çıxmasına səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video