27 Avqust 2021 13:12
265
İQTİSADİYYAT
A- A+

Ötən il “AzerGold”un xalis mənfəəti 300 faizədək artıb

 

“AzerGold” QSC-nin 2020-ci ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, dünyanın tanınmış audit şirkətlərindən olan “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan maliyyə yoxlamalarına əsasən, əvvəlki illə müqayisədə 2020-ci ildə Səhmdar Cəmiyyətin qızıl hasilatında 8,7 faiz, gümüş hasilatında isə 17,6 faiz artım qeydə alınıb. Hesabat ilində qızıl və gümüşün beynəlxalq birjalarda satışından ölkə iqtisadiyyatına 110,2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilib ki, bu da 2019-cu illə müqayisədə 27,9 faiz (24,04 milyon ABŞ dolları) çoxdur.

Bununla yanaşı, Səhmdar Cəmiyyətin ümumi mənfəəti, mənfəət marjası, xalis mənfəəti, eləcə də EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) artıb. Belə ki, Cəmiyyətin ümumi mənfəəti 2019-cu illə müqayisədə 43,04 milyon ABŞ dolları və ya 141,3 faiz artaraq 2020-ci ildə 73,5 milyon ABŞ dollarından çox olub. Ümumi mənfəətin satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2019-cu ildə 35 faiz idisə, 2020-ci ildə 66,7 faiz təşkil edib. Cəmiyyətin xalis mənfəəti isə 2019-cu illə müqayisədə təqribən 35,8 milyon ABŞ dolları (287,3 faiz) artaraq 2020-ci ildə 48,2 milyon ABŞ dollarından çox olub. “AzerGold” QSC 2019-cu ili təqribən 43,9 milyon ABŞ dolları EBITDA ilə başa vurubsa, 2020-ci ildə bu göstərici 57,6 faiz artaraq 69 milyon dolları ötüb.

Maliyyə hesabatlarına əsasən, aktivlərin səmərəli şəkildə idarə olunması nəticəsində müəssisə mövcud resurslardan optimal səviyyədə mənfəət əldə edib. Belə ki, aktivlərin gəlirlilik indikatoru (ROA - Return on Assets) ötən il artaraq 34,5 faiz olub. Müqayisə üçün bildirək ki, bu indeks üzrə göstərici 2019-cu ildə 11 faiz təşkil edib.

“AzerGold” QSC-nin ümumi kapitalı 2019-cu ildə 27,57 milyon ABŞ dolları olduğu halda, 2020-ci ildə bu göstərici 70,56 milyon ABŞ dolları (255,9 faiz) artaraq 98 milyon ABŞ dollarından çox olub. Ümumi kapitalın artması cari ilin xalis mənfəəti hesabına, həmçinin dövlət tərəfindən nizamnamə kapitalının artırılmasına (38 milyon manat həcmində) əsaslanır. 2020-ci ilin sonuna “AzerGold” QSC-nin səhm kapitalı 29,5 milyon dolları ötüb. Hesabat ilində 29,6 milyon manat məbləğində xalis mənfəət Cəmiyyət tərəfindən investisiya fəaliyyəti üzrə istifadə olunub. Qeyd edək ki, qızıl layihələrinin icrası məqsədilə kapital qoyuluşunu öz hesabına təmin edən QSC bu istiqamət üzrə dövlət büdcəsindən asılılığı tamamilə aradan qaldırıb. Dövlət büdcəsi hesabına maliyyələşmə yalnız yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər verlib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar səhmləri “AzerGold” QSC-yə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Dövlətimizin başçısının 2020-ci il 6 avqust tarixli Sərəncamına əsasən, MMC tərəfindən Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrası davam etdirilir.

Maliyyə hesabatı və digər göstəriciləri üzrə ətraflı məlumatı “AzerGold” QSC-nin rəsmi saytından (https://azergold.az/haqqimizda/maliyye-ve-audit-hesabatlari) əldə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video