Ordubad rayonunda kompleks quruculuq işləri aparılır
1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub. Ulu Öndərin əsasını qoyduğu sürətli sosial-iqtisadi inkişaf xətti bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər il dahi şəxsiyyətin siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər istifadəyə verilir, muxtar respublikamızın bütün bölgələri inkişafın yeni mərhələsinə qovuşur. Görülən işlərin davamı olaraq Ulu Öndərin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilir.
Vələver, Dırnıs və Kələki kəndlərində əhalinin rahatlığı üçün müasir şərait yaradılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vələver, Dırnıs və Kələki kəndləri həyata keçirilən quruculuq tədbirləri ilə muxtar respublikanın müasir kəndləri sırasına qoşulur. Tikintisi aparılan yeni məktəb binaları, kənd və xidmət mərkəzləri sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də kəndlərin ümumi mənzərəsinə yeni gözəlliklər əlavə edəcəkdir.
İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində inşa olunan sosial obyektlərdə aparılan tikinti işlərinə baxıb.
Bildirilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq 198 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər otağı, psixoloq otağı, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər texniki otaqlar nəzərdə tutulub.
Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq və polis sahə məntəqələri, kitabxana, poçt bölməsi, rabitə, statistika otağı, eləcə də klub fəaliyyət göstərəcəkdir. Yeni feldşer-mama məntəqəsi isə tibbi xidmətin keyfiyyətini daha da artıracaqdır. Tikintisi aparılan xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşəcəkdir.
Sonra Ali Məclisin Sədri Dırnıs kəndinə gəlib, aparılan quruculuq işləri ilə tanış olub.
Məlumat verilib ki, Dırnıs kəndində 216 şagird yerlik məktəb binası əsaslı şəkildə yenidən qurulur, müasir xidmət və kənd mərkəzləri, həkim ambulatoriyası tikilir. Təhsilin müasir tədris metodları səviyyəsində tədris olunmasına imkan verəcək məktəb binasında laboratoriyalar, şahmat, kompüter otaqları, hərbi kabinə, elektron lövhəli siniflər, kitabxana, idman zalı yerləşəcək, ətrafda yaşıllıqlar salınacaqdır. Dırnıs Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəliklə yanaşı, digər dövlət qurumları üçün də otaqlar yerləşəcəkdir. Əhalinin sağlamlığında mühüm əhəmiyyətə malik olacaq yeni həkim ambulatoriyasında kənd sakinlərinin sağlamlığı qorunacaq, eyni zamanda vaxt itkisinin qarşısı alınacaqdır. Kənd sakinlərinin rahatlığını təmin edəcək xidmət mərkəzində istehlakçıların gündəlik tələbatı nəzərə alınmaqla daha çox yerli kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcəkdir.
Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən Kələki kəndinə də pay düşüb. Görülən bu işlər dövlətimizin insan amilinə verdiyi dəyərin ifadəsidir.
Ali Məclisin Sədri həmin gün Kələki kəndində də olub, quruculuq işlərinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, kənddə kənd və xidmət mərkəzləri tikilir. Burada dövlət qurumlarının müasir binada fəaliyyət göstərməsi kənd sakinlərinin rahatlığına xidmət edəcəkdir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq və polis sahə məntəqələri, kitabxana, poçt bölməsi, rabitə evi, arxiv, eləcə də klub fəaliyyət göstərəcəkdir. Kənd mərkəzində feldşer-mama məntəqəsinin fəaliyyəti üçün də şərait yaradılır. Ərazidə yaşıllaşdırma işləri həyata keçiriləcəkdir.
Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur
Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Görülən işlərin davamı olaraq Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur.
İyulun 13-də Ali Məclisin Sədri avtomobil yolunda görülən işlərlə tanış olub.
Bildirilib ki, ümumi uzunluğu 20 kilometr olan yolun eni 8 metrdir. Yolda 3 körpü əsaslı təmir olunub, 2 suötürücü kanal tikilib, su keçidləri və 8800 metr suaparıcı kanalın qurulmasına başlanılıb. Həmçinin burada istinad divarları tikilir, torpaqbərkitmə işləri görülür. Yoldakı qayalar texnika vasitəsilə dağıdılaraq yol yatağı genişləndirilir. Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri kənddaxili yollarına isə qum-çınqıl qatı verilir.
Quruculuq tədbirləri turizm bölgəsi olan Unus və Pəzmərinin inkişafına töhfədir
Ordubad rayonunun dağlıq kəndlərində aparılan quruculuq tədbirləri çərçivəsində turizm kəndləri olan Unus və Pəzməri də inkişafın yeni mərhələsinə qədəm qoyur.
İyulun 13-də Ali Məclisin Sədri Pəzməri kəndində görülən işlərlə maraqlanıb.
Bildirilib ki, 2 mərtəbədən ibarət olacaq məktəb binasında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otağı, STEAM kabinəsi, elektron lövhəli sinif, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar yerləşəcəkdir. Dövlət qurumlarının birgə fəaliyyətində mühüm əhəmiyyətə malik olacaq kənd mərkəzində tikinti işləri keyfiyyətlə aparılır. Binada fəaliyyət göstərəcək feldşer-mama məntəqəsində yaradılan şərait kənd əhalisinin sağlamlığının qorunmasına, peyvəndlərin vaxtında vurulmasına imkan verəcəkdir. Xidmət mərkəzində isə bərbərxana, ət satışı yeri, ərzaq mağazası fəaliyyət göstərəcəkdir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılacaq, sakinlər işlə təmin olunacaqdır.
Ali Məclisin Sədrinə məlumat verilib ki, Unus kəndində də quruculuq işləri həyata keçirilir. Kənddə kənd və xidmət mərkəzləri tikilir.
Unus kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Hacıyev deyib: “Vaxtilə bu kəndlərdə elektrik enerjisi, təbii qaz, yol infrastrukturu yox idi. İndi isə kəndlər tamamilə qazlaşdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunub, yollar abadlaşdırılıb. 70 il Sovetlər Birliyi dönəmində kəndlərimizə göstərilməyən qayğı Ali Məclis Sədrinin rəhbərliyi ilə qısa zamanda öz həllini tapdı. Bunun üçün bütün kənd sakinləri adından minnətdarlığımı bildirirəm”.
Ali Məclisin Sədri deyib: Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir.
Ali Məclisin Sədri kəndlərdə tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar verib.
Sonra Ali Məclisin Sədri gözəlliyi ilə turistləri cəlb edən Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə olub və Pəzməridən şəlaləyə gedən yolun yenidən qurulması barədə tapşırıq verib.
* * *
Həmin gün Ali Məclisin Sədri Anaqut kəndi ərazisində inşa edilən “Xan Çinar” İstirahət Mərkəzində də olub, görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, mərkəzdə istirahətin səmərəli təşkili üçün ikimərtəbəli kotejlər, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, kupelər və restoran vardır.
Ali Məclisin Sədri istirahət mərkəzinə gedən yolun abadlaşdırılması, ərazidə yaşıllıqların artırılması barədə tapşırıqlar verib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!