Ömür şərəflə yaşananda
Heç cür inana bilmirəm ki, gözlərimə həmişə cavan, gümrah görünən, cəld yerişli, iti baxışlı, uzun illərdən bəri səmimi dostluq və qardaşlıq hissləri ilə bağlı olduğum İzzət müəllimin 80 yaşı tamam olur. Xəyalım məni bir anlıq keçmişə - keçən əsrin 60-cı illərinə çəkib aparır.
1968-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini əla qiymətlərlə bitirib fizikanın fəlsəfi problemləri ixtisası üzrə aspiranturaya qəbul imtahanları verirdim. Fəlsəfə fənnindən imtahan verərkən komissiya üzvlərindən biri diqqətimi daha çox çəkdi: ağ bənizli, gülərüzlü, xoş simalı bir gənc. Qəbul olunmaq istədiyim ixtisas üzrə ayrılmış yerə bir neçə adam ərizə verdiyindən seçimin obyektivliyini təmin etmək məqsədilə imtahanlar olduqca ciddi, heç bir ayrı-seçkiliyə yol vermədən aparılır, imtahan iştirakçılarının bilikləri hərtərəfli yoxlanılırdı. Komissiya üzvləri məni də sual yağışına tutmuşdular. Ən çox sual verən isə daha bilikli və məntiqli görünən həmin adam idi. Bu insan respublikamızın fəlsəfə ictimaiyyətinin 80 illik yubileyini qeyd etməyə hazırlaşdığı görkəmli filosof, böyük pedaqoq, ictimai xadim, adı xalqımıza yaxşı məlum olan fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri İzzət Əşrəf oğlu Rüstəmov idi.
Mən aspiranturaya qəbul olunub İzzət müəllimlə eyni kafedrada işləməyə başladım. Aramızda əvvəlcə yaxınlıq, sonra isə dostluq münasibəti yarandı və bu dostluq 40 ildən artıqdır ki, davam etməkdədir. İllər ötdükcə İzzət müəllimi daha yaxından tanıdım, öyrəndim və bu yaxınlıq mənə onun mənəvi keyfiyyətlərini, insani xüsusiyyətlərini, elmi potensialını daha dərindən dərk etməyə imkan verdi. Onun gözəl bəlağəti, geniş və əhatəli dünyagörüşü, güclü təfəkkürü, dəyərli fikirləri məni həmişə valeh etmişdir. İzzət müəllim elmi keyfiyyətlərini, natiqlik qabiliyyətini indi də qoruyub saxlamaqdadır. İzzət müəllimlə keçən əsrin 60-cı illərində yaranmış olan dostluğumuz həm də fikir, əqidə dostluğudur.
Namizədlik dissertasiyam XX yüzilliyin dahi fiziki Albert Eynşteynin "Nisbilik nəzəriyyəsi"nin irəli sürdüyü məkan-zaman probleminin fəlsəfi-metodoloji təhlilinə həsr olunmuşdu. Dissertasiya üzərində işləyərkən Rusiyanın görkəmli elm xadimləri ilə əməkdaşlıq əlaqələri yaratmışdım. Tez-tez Moskva alimləri ilə görüşür, həll etmək istədiyim mürəkkəb problemlər barəsində onlarla məsləhətləşirdim. Respublikamızda isə ən yaxın məsləhətçim İzzət müəllim idi. Hər dəfə onunla rastlaşdıqda özünəməxsus tərzdə ifadə etdiyi "Xoş gördük" ifadəsindən sonra dissertasiyam barəsində suallar verir, məni işləməyə, elmi axtarışlarımı davam etdirməyə ruhlandırırdı. Bəzən yerində deyilən bircə kəlmə söz də insanda müsbət emosiya, ruh yüksəkliyi, işləmək əzmi yaradır. Bu həqiqəti dərk etmiş İzzət müəllimin dissertasiyam ilə bağlı mənə ünvanladığı hər şirin kəlmə işləmək həvəsimi gücləndirir, tədqiqatın gedişində qarşıma çıxan çətinlikləri aradan qaldırmağa kömək edirdi. Tədqiq etdiyim relyativist effektlərin yeni fəlsəfi şərhini verərkən filosof və fizik həmkarlarımın və birinci növbədə, professor İzzət Rüstəmovun mənə göstərdiyi qayğını həmişə minnətdarlıq hissilə xatırlayıram. Ümumiyyətlə, kafedramızın əməkdaşlarından elə birini tanımıram ki, dissertasiya müdafiə edərkən İzzət müəllimin böyük ürək açıqlığı ilə ortaya qoyduğu köməkdən bəhrələnməsin. O, dissertasiyaları oxuyur, müzakirələrdə çıxış edir, avtoreferatlara düzəlişlər verir, Azərbaycan və rus dillərini mükəmməl bildiyindən dissertantların elmi əsərlərini təmənnasız redaktə edirdi. İlahi sanki onu insanlara kömək etmək üçün yaratmışdı.
Başqaları kimi mənim də boynumda İzzət müəllimin haqqı böyükdür. Elmi Şura İzzət Rüstəmovu doktorluq dissertasiyama rəsmi opponent təyin etmişdi. Bu ərəfədə o, Baş nazirin müavini vəzifəsinə təyin olunmuşdu. İşinin başından aşmasına baxmayaraq, dissertasiyama yazdığı rəyin əlyazması 23 səhifə idi. Böyük bir təfəkkürün məhsulu olan bu rəyin özü, demək olar ki, müstəqil və orijinal bir tədqiqat əsəri idi. İzzət müəllimin xeyir-duası ilə tezliklə fəlsəfə doktoru alimlik dərəcəsi aldım. Aradan uzun illər keçməsinə baxmayaraq, ona bir daha səmimi və dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm.
Hazırda İzzət müəllim Bakı Dövlət Universitetində Sosiologiya kafedrasına rəhbərlik edir. Dəqiqliyi, nizam-intizamı sevən İzzət müəllimin incə təbiəti, həssas qəlbi, zəngin mədəniyyəti, əməkdaşlarına qayğıkeş münasibəti rəhbərlik etdiyi kafedraya həmişə həvəs və işgüzarlıq gətirir.
Professor İzzət Rüstəmov geniş diapazonlu biliyə, yüksək erudisiyaya, dərin və hərtərəfli dünyagörüşünə malik filosof alim, vətənimizi, elimizi, yurdumuzu, ana dilimizi böyük məhəbbətlə sevən Vətəndaşdır. Onun fəaliyyətini müxtəlif ipostasiyalarda səciyyələndirmək olar: görkəmli alim, böyük pedaqoq, ömrü boyu həyata boyun əyməyən, cəmiyyətə xələl gətirməyən nadir bir şəxsiyyətdir. Vətənimizin dilbər guşələrindən biri olan Gədəbəy torpağında doğulub boya-başa çatmış İzzət müəllimin başı Qoşqar dağı kimi uca, mənəvi dünyası Gədəbəy bulaqlarının suyu qədər təmiz və safdır.
İzzət müəllim tədqiqatçı alimdir. Xalqımızın XIX əsr fəlsəfi fikir tarixi onun elmi yaradıcılığından qırmızı xətlə keçir. Böyük ziyalı, XIX əsr Azərbaycan ictimai fikir tarixinin yaradıcılarından biri olan Həsən bəy Zərdabinin fikir dünyası İzzət müəllimin namizədlik və doktorluq dissertasiyalarının tədqiqat obyekti olub. Görkəmli alimin keçən əsrin 70-ci illərində doktorluq dissertasiya müdafiəsində etdiyim çıxışımda söylədiyim bir cümləni indi də xatırlayıram: "İctimai fikir tarixindən əsər yazan müəllifin təbiəti ilə yaradıcılığını tədqiq etdiyi şəxsiyyət arasında bir bənzərlik olduqda əsər daha canlı, inandırıcı, silqətli alınır. Həsən bəy Zərdabi XIX əsrin, İzzət Rüstəmov kimi filosoflar isə XX əsrin nəhəng elm daşıyıcılarıdır".
İzzət müəllimin elmi tədqiqatının daha bir cəhətini qeyd etmək istəyirəm. Məlumdur ki, elmin inkişaf yolu problemlərin həllindən keçir. Problemlərin həlli isə naməlumdan məluma aparan yoldur. Əsl alim, əsl həqiqət axtarıcısı yalnız məlum biliklərə deyil, naməlum biliklərə baş vurmağa, elmə gizli qalan məsələləri araşdırmağa, yəni elmi problemləri həll etməyə çalışır. Elmi axtarışlarında bu prinsipə ciddi əməl edən İzzət müəllim elmdə həmişə həqiqət dalınca qaçaraq naməlumlara baş vurmağa, yeni söz deməyə, fikir söyləməyə çalışır. Onun elmi tədqiqatlarının özəyini XIX əsr Azərbaycan ictimai fikrində təbii-elmi elementlərin araşdırılması təşkil edir. Son dərəcə mürəkkəb və ziddiyyətlə zəngin olan bu problemə dialektik prinsip əsasında yanaşan İzzət müəllim bizi Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin təbii-elmi baxışlar dünyasına çəkib apararaq arada kristallaşan və xalqımızın milli mədəniyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən biliklərlə tanış edir.
Professor, görkəmli alim və pedaqoq, fəlsəfi fikrimizin öyrənilməsində tarixin arxivində qalan bir sıra məchul həqiqətlərin aşkara çıxarılmasında öz dəsti-xətti olan tədqiqatçı olmaqla yanaşı, o, həm də fəal ictimaiyyətçidir. Yaşının bütün dövrlərində o, Bakı Dövlət Universitetinin ictimai-siyasi həyatında fəal iştirakçı olmuşdur. Universitetdə elə bir tədbir olmur ki, İzzət müəllim onun təşkilində və ya aparılmasında iştirak etməsin. Onun məzmunlu, məntiqli çıxışları yalnız tələbə auditoriyalarından deyil, həm də universitetdə keçirilən dövlət tədbirlərinin tribunalarından da tez-tez eşidilir.
Qeyd etdiyim kimi, İzzət müəllimin təqvim yaşı 80-ə çatmışdır. 80 il bioloji baxımdan heç də az deyil. Lakin unutmayaq ki, insan ömrünün mənası yaşanmış illərin sayı ilə deyil, bu illərin necə və hansı məqsədlərlə yaşanması, hansı əməllərə xidmət etməsi ilə müəyyən olunur. Əgər İzzət müəllimə bu kontekstdən yanaşsaq, onu xoşbəxt bir insan adlandıra bilərik. Çünki bu həyat, sözün əsl mənasında, şərəflə və ləyaqətlə yaşanmışdır. İzzət müəllim həyatımızı gözəlləşdirən, zənginləşdirən, ona rövnəq verən insanlardandır. Belə insanlar qocalmır, zaman keçdikcə yalnız və yalnız müdrikləşirlər. Fəlsəfə müdriklik haqqında elm, İzzət müəllim isə müasir dünyamızda müdrikliyin simvoludur. Qoy ona Böyük Yaradan uzun ömür bəxş etsin, biz isə onun müasirləri olmağımızla fəxr edək.
Əziz MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının
professoru, fəlsəfə elmləri doktoru
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!