04 Iyul 2021 00:28
1007
Səhiyyə
A- A+

“Ölü” yoxsa “diri”

 

Böyük şəhərlərdə yaşayan insanların əksəriyyəti qaynanmış su içir. Mütəxəssislərin fikrinə görə, bu, çox pis vərdişdir.

Təmiz çiy suyun tərkibində insan sağlamlığı üçün faydalı olan bir çox mineralların ionları var. Bu minerallar arasında: kalsium, maqnezium, natrium, kalium üstünlük təşkil edir. Həmçinin suyun tərkibinə azot, oksigen, inert qazları da daxildir. Bu, “diri” sudur. Bu su həm orqanizmə lazım olan mineralları bəxş edir, həm də orqanizmin hüceyrə səviyyəsində təmizlənməsinə, yenilənməsinə kömək edir.

Qaynanmış suyu isə bir çox mütəxəssislər “ölü su” adlandırırlar. Məsələ burasındadır ki, qaynanma zamanı suda tək mikroblar deyil, bütün faydalı maddələr də “ölür”. Belə ki, minerallar həll olunmayan çöküntüyə çevrilir və orqanizm üçün faydasız olur, oksigenin miqdarı isə xeyli azalır.

Bu səbəbdən çiy suyun qəbulu insan sağlamlığı üçün daha faydalıdır. Lakin “çiy su” deyəndə mütəxəssislər kranlardan gələn suyu yox, bulaq, yaxud xüsusi təmizlənmiş suyu nəzərdə tuturlar. Bulaq suyu xüsusilə faydalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video