04:01 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ölkəmizdə turizmin beynəlxalq səviyyədə inkişafı reallıqdır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:55 19.09.2021

 

Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilən turizm iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi böyük əhəmiyyət kəsb edir.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu Öndərin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində də uğurlu islahatların aparılmasına imkan yaratmışdır.

Turizmin inkişafı, ilk növbədə, ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdır. Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə Ulu Öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.

Dünyanı çənginə alan COVID-19 pandemiyasının çətinlikləri, iqtisadi və mənəvi cəhətdən yaratdığı problemlər, habelə Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasətinə qarşı ötən ilin sentyabrında baş verən 44 günlük Vətən müharibəsi ölkə turizminə təsirsiz ötüşməmişdi. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikamızda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin mühüm forması kimi inkişaf etdirilir. Müasir dünyada qlobal əhəmiyyətə malik olan turizm sahəsi həm də sosial və iqtisadi əlaqələri tənzimləməklə müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlərlə yanaşı, biznes maraqlarını da gücləndirir.

Ekspertlərin fikrincə, Qarabağın işğaldan azad olunması Azərbaycan turizminin inkişafına güclü təkan verəcək. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə - Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya və Hadruta səfərləri zamanı dəfələrlə vurğulamışdır ki, erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Azərbaycan xalqı buna inanır, öz rəhbərinin qurucu və yaradıcı lider olduğunu yaxşı bilir. Turizm həvəskarları əmindirlər ki, bu yerlərə yaxın gələcəkdə dünyanın hər tərəfindən böyük insan axını olacaq. Dövlət başçımız deyib: “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.

Bu bölgəyə turist axını üçün əlverişli coğrafi şərait yaratmaq labüddür. Xudafərin vasitəsilə İrandan, Naxçıvan üzərindən isə Türkiyədən turistlərin gəlməsi mümkün olacaq.

Hazırda Prezidentin sərəncam və tövsiyələrinə əsasən, Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və siyasətini hazırlayır. Söz yox ki, turizm məhsullarının hazırlanması həmin ərazilərdə bu sahənin infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq turizm məhsulları da yaradılacaq. Nəqliyyat infrastrukturunun, mülki infrastrukturların qurulmasına və investisiya qoyuluşu üçün imkanların yaradılmasına artıq start verilmişdir. Dünya standartlarına uyğun yollar çəkilir, tarixi mədəni və dini abidələr bərpa edilir, hava limanları inşa edilir və s. Şuşada və Daşaltı kəndində turizm sahəsində görüləcək işlərə dair konsepsiya hazırlanır. Ölkə rəhbərliyinin tapşırığı ilə bu sahədə görüləcək işlər sırasında hətta Qarabağda “dark turizm” də yaradılacaq. “Dark” ingilis sözüdür, tərcümədə qaranlıq deməkdir. Xatırladaq ki, İngiltərədə London Tauer, 1937-ci ildə ABŞ-ın Nyu Cersi ətrafında baş verən gəmi aşması ilə bağlı yer, Krımın Sevastopol şəhərində Böyük Vətən müharibəsi ilə bağlı abidə kompleksi, 1986-cı ildə baş vermiş Çernobl qəzası, Yaponiyanın Xirosima şəhərindəki “Memorial park”, habelə Türkiyənin özündə belə turizmi tərənnüm edən Çanaqqala şəhəri var.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mətbuata açıqlamasında bildirib ki, yaxın müddətdə bu barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir. Qarabağda “dark turizm”in ölkəmiz üçün nə dərəcədə önəmli olacağını diqqətə çatdıran F.Nağıyevin fikrincə, bu həm xarici turistlərin marağını cəlb edəcək, həm də gələcək nəsillər üçün bir xatırlatma olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları çərçivəsində son illər Azərbaycanda da belə mümunələr - Qubada baş verən genosid üçün abidə kompleksi, dənizkənarı ərazidə Hərbi Qənimətlər Parkı yaradılıb. Qarabağda yaradılacaq “dark turizm” kompleksi isə sırf şəhərin və şəhər ətrafında qəbiristanlıqların viranə qoyulması ilə bağlı olacaq. Burada əsas məqsəd ölkənin tarixi əhəmiyyəti, bölgədə zaman-zaman törədilmiş faciələrin həm gələcək nəsillərə, həm də turistlərə çatdırılmasıdır. Bu turizm genosidin baş verdiyi hadisəni özündə əyani şəkildə əks etdirir. Məcazi mənada turist müəyyən dağıntı sahəsinə gələndə ilk olaraq onda erməni vandalları barədə daha ətraflı təəssüratlar yaranır və həmin şəxslər sonradan bölgənin digər ərazilərində də törədilən erməni vəhşiliyi və döyüşlər barədə məlumat əldə etməyin marağında olurlar. Qarabağın bəzi ərazilərində dağıntıların bir qismi saxlanılır və gələn turistlərə bunun tarixi barədə ətraflı məlumat verilir. Suqovuşanda və Ağdamda bu tipli turizm obyektlərinin yaradılması nəzərdə tutulub.

Azərbaycanın turizm potensialının gündən-günə daha da güclənəcəyi artıq bir reallıqdır. Qədim Şuşada, eləcə də işğaldan azad edilən bütün ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Şəhərin tarixi siması saxlanılmaqla ən müasir formada bərpa edilir, dünya standartlarına uyğun turizm infrastrukturu yaradılır. Xüsusən də modern memarlıq nümunəsi olacaq yeni məscidin təməlinin qoyulması Şuşanın yaxın gələcəkdəki heyrətamiz siması olacaq. Azərbaycanın mədəniyyət və incəsənət beşiyi olan Şuşada tarixi “Xarıbülbül” festivalı və “Xarıbülbül” hoteli yenidən yaradılıb. İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq və digər nadir təbiət möcüzələrinə sahib olan Şuşa yaxın illərdə nəinki Azərbaycanın, Cənubi Qafqazın, bütün dünyanın əsas turizm mərkəzlərindən birinə çevriləcək.

 

Rəhman SALMANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM