10:42 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ölkəmizdə koronavirus əleyhinə vurulan peyvəndlərin ümumi sayı 7 milyonu ötüb

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:35 04.09.2021

 

Azərbaycanda koronavirus infeksiyasından müalicə olunaraq sağalanların sayı yoluxanların sayını üstələyir. Amma sevinmək hələ tezdir. Çünki bu təhlükəli virusa yoluxma faktı yenə də yüksəkdir.

Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatlara əsaslanaraq deyə bilərik ki, hər gün COVID-19 səbəbindən dünyasını dəyişənlərin sayında azalma müşahidə olunmur.

 

Dünyada koronavirusla bağlı vəziyyət mürəkkəb olaraq qalır

 

Qlobal virus dünyada hər gün neçə-neçə insanın sağlamlığını əlindən alır. Minlərlə koronavirus xəstəsi isə həyatını itirir. Artıq dünya üzrə bu təhlükəli infeksiyaya yoluxanların sayı 220 milyon nəfəri ötüb. Bu barədə pandemiyanın online statistikasını aparan Worldometer saytı məlumat verib. Koronavirus səbəbindən ölənlərin sayı 4 milyon 560 min nəfərdən, sağalanların sayı isə 196 milyon 798 min nəfərdən çoxdur.

COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada birinci yeri ABŞ tutur. Həmin ölkədə yoluxma hallarının sayı 40 milyon 513 min nəfəri, həyatını itirənlərin sayı 662,8 min nəfəri keçib, 31 milyon 200 minə yaxın xəstə isə sağalıb.

ABŞ-dan sonrakı sıralarda yoluxma göstəricisinə görə Hindistan və Braziliya dayanır. Hindistanda 32 milyon 903 mindən çox insanda koronavirus infeksiyası aşkarlanıb, 439 min 916 nəfər vəfat edib, 32 milyon 63 mindən çox xəstə sağalıb. Braziliyada isə indiyədək 20 milyon 830 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, onlardan 582 mini vəfat edib, sağalanların sayı 19 milyon 802 min nəfərdir.

Sərhəd qonşularımız arasında da COVID-19-la bağlı vəziyyət mürəkkəb olaraq qalır. Qonşu Rusiya bütün dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yeri tutur. Bu ölkədə hər gün yüzlərlə insan COVID-19-un qurbanı olur. Digər sərhəd qonşularımız arasında koronavirus səbəbindən ən çox ölüm hallarının qeydə alındığı digər ölkələr isə İran və Türkiyədir. Qonşu Gürcüstanda da bu təhlükəli virusla bağlı vəziyyət ağırdır. Belə ki, həmin ölkədə ötən sutka ərzində 86 nəfər COVID-19-dan dünyasını dəyişib. “Sputnik Gürcüstan”ın verdiyi məlumatda o da bildirilib ki, bu, koronavirus pandemiyası başlayandan Gürcüstanda ölümlə bağlı qeydə alınan ən yüksək göstəricidir.

 

Araşdırmalarda yeni nəticə

 

Dünyanı koronavirusun cəngindən xilas etməyə çalışan mütəxəssislərin araşdırmaları davam edir. Belə bir vaxtda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və CovId-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi, onların təsir mexanizmlərinin tədqiq edilməsi barədə məlumat yayılıb. AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsindən verilən məlumata əsasən, Azərbaycan tərəfindən Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, AMEA-nın Biofizika İnstitutunun direktoru Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Niftalı Qocayev, Türkiyə tərəfindən isə professor Sevim Akuyuz tədqiqat işlərinə rəhbərlik edirlər.

Kompleks tədqiqatlarda həm nəzəri (molekulyar dokinq, molekulyar mexanika), həm də eksperimental (Furye Çevirici İnfraqırmızı Spektroskopiya, Raman spektroskopiyası, Dairəvi dixroizm və Elektron Paramaqnit Rezonansı Spektroskopiyası) metodlardan geniş istifadə edilib. Həmçinin EQRPR peptidinin həm nöqtəvi D-izomer dəyişmələri, həm də tam D-izomer peptidləri sintez edilib, onların dərman xüsusiyyətlərinin dəyişməsi tədqiq olunub.

Məlumata görə, iki ölkənin alimləri tərəfindən ilk dəfə molekulyar dokinq metodunu tətbiq etməklə peptid və onların D-izomer analoqlarının ACE2, SARS-CoV-2 virusunun S- və Mpro zülalları ilə birləşmə kompleksləri göstərilib, həmçinin komplekslərin birləşmə konstantları hesablanaraq mümkün kliniki profilləri təyin olunub. Tədqiq edilən EQRPR peptidinin multifunksional olması göstərilib.

Mütəxəssislərin fikrincə, peptid bir sıra mühüm inteqrinlərlə birləşə bilir. Bu da həm SARS-CoV-2 virusu infeksiyasına, həm də xərçəng xəstəliyinə qarşı mübarizədə geniş istifadə oluna bilər.

Əldə olunan mühüm nəticələrdən biri də multifunksional peptidin müxtəlif zülallarla birləşmə xüsusiyyətinin müxtəlif nöqtələrində D-izomer dəyişməsi aparmaqla modulyasiya edilə bilməsidir. EQRPR peptidinin ikincili quruluşu müxtəlif spektroskopik metodlarla, fəza quruluşu isə nəzəri əsaslarla hesablanıb. Eksperimental və nəzəri işlərdən alınan nəticələrin bir-biri ilə uğurlu şəkildə uzlaşması təqdirəlayiq hesab edilir.

Ağciyər xərçəngi hüceyrələrində aparılan ilkin tədqiqatlarda EQRPR peptidinin hüceyrə membranı ilə qarşılıqlı təsirdə olduğu göstərilib. Layihə üzrə alınan mühüm nəticələr yüksək impakt faktorlu “Journal of Molecular Graphics and Modelling” beynəlxalq jurnalında çap olunan məqalədə (Evaluation of anti-cancer and anti-covid-19 properties of cationic pentapeptide Glu-Gln-Arg-Pro-Arg, from rice bran protein and its d-isomer analogs through molecular docking) öz əksini tapıb.

Qeyd edək ki, mühüm kliniki və fundamental əhəmiyyətə malik olan tədqiqat işləri davam etdirilir.

 

Vaksinasiya prosesinin əhəmiyyəti dünyanın diqqətindədir

 

Qlobal bəlanın qarşısını almaq üçün hazırda əksər ölkələrdə koronavirusa qarşı vaksinasiya prosesi davam etdirilir. Ölkəmizdə yanvarın 18-dən tibb işçilərinin koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb. Bütün dünyada mütəxəssislər vaksinasiya prosesinin əhəmiyyətini qeyd etdikləri bir vaxtda ölkəmizdə bu istiqamətdə ardıcıl işlər aparılır.

Onu da bildirək ki, sentyabrın 3-də Azərbaycanda 85 min 760 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 min 116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 644 nəfər təşkil edib.

Azərbaycanda dünənə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 95 min 693, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 287 min 967, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 807 min 726 nəfər təşkil edir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM