07 Avqust 2020 00:12
1333
Elm və texnika
A- A+

Ölkədə su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması sahəsində geniş elmi tədqiqatlar aparılması məsələləri müzakirə edilib


Avqustun 6-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq gündəlikdəki məsələlərlə bağlı Rəyasət Heyətinin üzvlərinə məlumat verib.

İclasda Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə dövlət başçısının çıxışından irəli gələn məsələlərə dair geniş müzakirələr aparılıb.

Mövzu ilə əlaqədar çıxış edən akademik Ramiz Mehdiyev su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması barədə Azərbaycan alimlərinin təkliflərinin hazırlanmasını yüksək dəyərləndirib. Bu istiqamətdə fundamental tədqiqatların genişləndirilməsinə ehtiyac olduğunu deyən AMEA-nın prezidenti tezliklə su obyektləri, meliorasiya və suvarma sistemləri barədə rəqəmsal kadastr xəritəsinin hazırlanmasının, mütəmadi monitorinqlərin aparılmasının, su təhlükəsizliyi ilə bağlı yarana biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilərək aradan qaldırılması yollarına dair elmi əsaslandırılmış təkliflər hazırlanmasının vacibliyinə toxunub. Akademik Ramiz Mehdiyev, həmçinin yaxın keçmişdə respublikada kəhriz sularından istifadənin geniş vüsət aldığını xatırladıb, bu sahədə tədqiqatların zəruriliyini diqqətə çatdırıb.

Məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq Nağıyev, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova və akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək fikir və təkliflərini söyləyiblər.

Rusiya, Ukrayna və İsrailin təcrübəsinin öyrənildiyini bildirən alimlər su probleminin həllində Azərbaycan alimlərinin iştirakı ilə müasir texnologiyalardan istifadənin, ölkəmizin su ehtiyatlarının və suya olan tələbatının müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Bundan əlavə, kimyaçı alimlərimiz tərəfindən respublikanın su anbarlarında geniş müşahidə və monitorinqlər aparıldığını və hazırlanmış hesabatların müvafiq dövlət qurumlarına göndərildiyi vurğulanıb. Eyni zamanda regionların ekoloji yüklənməsi istiqamətində kompleks tədqiqatlara ehtiyac olduğu bildirilib, quraqlığa davamlı və şoran torpaqlarda becərilən buğda sortları və digər bitki növlərinə dair tədqiqatların genişləndirilməsi tövsiyə edilib.

Müzakirələr nəticəsində AMEA-da su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması üzrə tanınmış alimlərdən ibarət İşçi Qrupunun yaradılması qərara alınıb.

İclasda, həmçinin AMEA-nın prioritet istiqamətlərilə bağlı hazırlanmış təkliflərin elmi bölmələrdə müzakirələr edilərək müəyyənləşdirilməsinə qərar verilib.

Sonda gündəlikdə duran digər məsələlərə baxılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video