13:17 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub 
ANA SƏHİFƏ / İDMAN
16:10 23.07.2021

 

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub.

AZƏRTAC xəbər verir ki, komandamızın keçidi zamanı Azərbaycanın dövlət bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıblar.

Azərbaycan dörd illiyin zirvə yarışına 44 idmançı ilə qatılıb. Atletlərimiz “Tokio-2020”də idmanın 13 növü üzrə mübarizə aparacaqlar. “Tokio-2020”yə vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çoxnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şose velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) üzrə yarışlarda mübarizə aparacaqlar.

Olimpiadada iştirak edəcək idmançılarımız aşağıdakılardır:

1. Anna Skidan (atletika, çəkicatma)

2. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq)

3. Mariya Stadnik (qadın güləşi, 50 kq)

4. Şərif Şərifov (sərbəst güləş, 97 kq)

5. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)

6. Yelizaveta Luzan (bədii gimnastika, qrup çoxnövçülük)

7. Darya Sorokina (bədii gimnastika, qrup çoxnövçülük)

8. Məryəm Səfərova (bədii gimnastika, qrup çoxnövçülük)

9. Ləman Əlimuradova (bədii gimnastika, qrup çoxnövçülük)

10. Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)

11. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük)

12. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük)

13. Ruslan Lunyov (güllə atıcılığı, 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)

14. Elçin Əsədov (velosiped idmanı, şose)

15. Milad Beigi Hərçəqani (taekvondo, 80 kq)

16. Nazim Babayev (atletika, üçtəkanla tullanma)

17. Tayfur Əliyev (boks, 57 kq)

18. Hacı Əliyev (sərbəst güləş, 65 kq)

19. Hacımurad Hacıyev (sərbəst güləş, 74 kq)

20. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)

21. Anna Başta (qılıncoynatma, sablya)

22. Elis Manolova (qadın güləşi, 68 kq)

23. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)

24. Fəridə Əzizova (taekvondo, 67 kq)

25. Rafael Ağayev (karate, 75 kq)

26. İrina Zaretska (karate, +61 kq)

27. Edi Reski Dviçayo (badminton)

28. Kəramət Hüseynov (cüdo 60 kq)

29. Orxan Səfərov (cüdo, 66 kq)

30. Rüstəm Orucov (cüdo, 73 kq)

31. Murad Fətiyev (cüdo, 81 kq)

32. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)

33. Zelim Kotsoyev (cüdo, 100 kq)

34. Uşangi Kokauri (cüdo, +100 kq)

35. Aişə Qurbanlı (cüdo, 48 kq)

36. İrina Kindzerska (cüdo, +78 kq)

37. Rostislav Pevtsov (triatlon)

38. Cavid Çələbiyev (boks, 63 kq)

39. Lorenso Sotomayor (boks, 69 kq)

40. Alfonso Dominges (boks, 81 kq)

41. Məhəmməd Abdullayev (boks, +91 kq)

42. Firdovsi Farzaliyev (karate, 67 kq)

43. Emin Cəfərov (stend atıcılığı, vayld kart)

44. Məryəm Şeyxəlizadə-Xanqan (üzgüçülük, universal vəsiqə).

Xatırladaq ki, Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM