16 Iyul 2021 17:54
1105
İDMAN
A- A+

Olimpiya andına əlavələr edildi

 

Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Tokio-2020” Yay Olimpiya Oyunları ərəfəsində bəzi dəyişikliklər edib. Açılış mərasimində idmançılar, hakimlər və məşqçilərin andiçmə mərasimi olacaq.

2018-ci ilədək bu üç kateqoriyanın hər biri ayrı-ayrılıqda and içirdi. Yeni qaydaya görə isə “Tokio-2020”-dəki andiçmədə 3 deyil, 6 nəfər iştirak edəcək. İki idmançı, iki hakim və iki məşqçidən hər bir kateqoriya üzrə 1 kişi və 1 qadın olacaq. Bu, gender bərabərliyi üçün atılan addımdır.

Andın mətninə bərabərlik və diskriminasiyayla mübarizə ilə bağlı sözlər də əlavə olunub: “Biz söz veririk ki, bu Olimpiya Oyunlarında iştirak zamanı ədalətli oyun qaydalarına, bərabərliyə hörmət və riayət edəcəyik. Biz birlikdə həmrəyik və öhdəlik götürürük ki, idmanla dopinq, fırıldaq, diskriminasiya olmadan məşğul olacağıq. Biz bunu komandalarımızın şərəfi, olimpizmin fundamental prinsiplərə hörmət əlaməti olaraq edirik ki, dünya idmanın köməyi ilə daha yaxşı olsun”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video