31 Oktyabr 2021 00:06
1087
Səhiyyə
A- A+

Olar, olmaz

 

* Soyuducuya kartof qoymayın, bu, solanin səviyyəsinin artmasına səbəb ola bilər;

* Kartofu sərin və qaranlıq yerdə saxlayın, gün işığından qorumağa diqqət edin;

* Kartofla soğan bir yerdə saxlanılmamalıdır, çünki hər iki tərəvəz digərinin çürüməsinə səbəb olan təbii qazlar buraxır;

* Kartof adətən 2 aya qədər rəf ömrünə malikdir, lakin xarab olmuş kartof ətrafındakı digər kartoflara təsir edə bilər. Qalanlarının xarab olmaması üçün çürük kartofları çeşidləyin;

* Kartof alarkən zədələnmiş və ya yaşıl olanı seçməyin;

* Bakteriyaların yığılmaması üçün qablaşdırılmamış və yuyulmamış kartof almağa üstünlük verin. Kartofun əvvəlcədən yuyulması qabığın üzərindəki qoruyucu təbəqəni yox edir; 

* Kartof 4 dərəcədən yuxarı temperaturda saxlanmalıdır. Əks halda içindəki nişasta şəkərə çevrilərək dadı dəyişir. İdeal istilik isə  7-10 dərəcə arasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video