14:17 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Olar, olmaz...

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:14 29.08.2021

 

Britaniyalı alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, hər kəs tərəfindən sevilən dondurmaları günəş altında yemək olmaz. Çünki günəşin ultrabənövşəyi şuaları dondurma ilə reaksiyaya girdikdə insan orqanizmində xərçəng riskini artırır. Buna görə də dondurmanı mümkün qədər kölgəsi olan məkanlarda, ən yaxşısı isə ev şəraitində yemək daha məqsədəuyğundur.

Alimlər onu da müəyyən ediblər ki, dondurmanı qaşıqla yemək də zərərlidir. Dondurmanın tərkibində olan maddələrə dəmir tərkibli qaşıq dəydikdə orada maddələr mübadiləsi pozulur ki, bu da zəhərlənməyə səbəb ola bilər. Mütəxəssislər dondurmanı ən yaxşı halda yalayaraq yeməyi məsləhət görürlər. Bu cür dondurma yeməyə kompleksli insanlar isə taxta qaşıqlardan istifadə edə bilərlər.

Üstəlik uzun müddət soyuducuda qalmış dondurmalardan istifadə etmək təhlükəlidir. Dondurma alarkən onun istifadə müddətinə baxmağı unutmayın. Bəzən istehlakçılar ötən ildən soyuducularda qalmış dondurmaları müştərilərə təqdim edirlər. Bunun sonu isə ağır fəsadlar, zəhərlənmə, hətta ölüm ilə nəticələnə bilər. Buna görə istehlakçılar bu cür konservant qidalardan istifadədə son dərəcə diqqətli olmalıdırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM