13 Noyabr 2011 01:11
226
İQTİSADİYYAT
A- A+

Oktyabrda sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

 

Bu ilin oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,1 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz bahalaşıb.

Məlumatda göstərilir ki, "oktyabr ayında elektrik avadanlıqlarının istehsalı üzrə istehsalçı qiymətlərinin 5,5, geyim istehsalı üzrə 5,2, tütün məmulatlarının istehsalı üzrə 4,8, metallurgiya sənayesi üzrə 3,1, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,7, tikinti məmulatlarının istehsalı üzrə 0,6, poliqrafiya fəaliyyəti və maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,4, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,1 faiz bahalaşması və toxuculuq sənayesi üzrə 7,7, qida məhsullarının istehsalı üzrə 1,4, kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 0,9, kimya sənayesi üzrə 0,7, mebel istehsalı üzrə 0,6, içki istehsalı üzrə 0,3, maşın və avadanlıqların istehsalı üzrə 0,2, kağız və karton istehsalı üzrə 0,1 faiz ucuzlaşması nəticəsində emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100 faiz təşkil edib".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video