25 Iyun 2021 01:39
560
DÜNYA
A- A+

Nüvə silahından istifadə riski yüksəkdir

 

Nüvə silahından istifadə təhlükəsi son onilliklər ərzində son dərəcə yüksək səviyyədədir. Bu xəbərdarlığı “Karnegi” fondunun təşkil etdiyi videokonfransda BMT baş katibinin müavini, tərksilah üzrə ali nümayəndə İdzumi Nakamitsu səsləndirmişdir.

Nakamitsu vurğulamışdır ki, nüvə silahından məqsədyönlü hərəkətlər, təsadüfi səhv və ya hadisə üzündən istifadə edilməsi riski soyuq müharibə dövründən bəri ən yüksək səviyyədədir. O həmçinin qeyd etmişdir ki, BMT sürətlə silahlanma və regional gərginlik fonunda yaranmış bu vəziyyətdən son dərəcə narahatdır. “Biz dialoqun olmamasını, şəffaflığın azalmasını müşahidə edirik. Silahlara nəzarət rejimi çökməkdə davam edir”.

Xatırladaq ki, nüvə silahlarına nəzarət Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında cari ayın 16-da Cenevrədə keçirilmiş görüşdə müzakirə mövzularından biri idi. Liderlər birgə bəyanatla çıxış edərək bildirmişlər ki, hər iki tərəf hətta gərginlik dövrlərində strateji sabitliyi təmin etmək, silahlı münaqişə və nüvə müharibəsi təhlükəsi risklərini azaltmaq kimi ümumi məqsədləri reallaşdırmaqda tərəqqi əldə etməyə qadir olduğunu nümayiş etdirmişdir.  Tərəflər bu məqsədlərə nail olmaq üçün tezliklə strateji sabitlik mövzusunda hərtərəfli dialoqa başlayacaqlar. Bu dialoq vasitəsilə ABŞ və Rusiya gələcəkdə silahlara nəzarət və risklərin azaldılması tədbirlərinin təməlini qoymağa səy göstərəcəklər.

Eyni zamanda Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun bu yaxınlarda yayımladığı hesabatda qeyd olunur ki, dünyada təxminən 2000 nüvə başlığı döyüşə yüksək hazırlıq vəziyyətinə gətirilmişdir. Bu başlıqların əksəriyyəti Moskva və Vaşinqtona məxsusdur. Planetdə nüvə silahı ehtiyatlarının 90 faizindən çoxu da Rusiya və ABŞ-ın sərəncamındadır. Hesabatda vurğulanır ki, bu iki ölkə öz milli təhlükəsizlik strategiyalarında nüvə silahına getdikcə daha çox əhəmiyyət verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video