09 Noyabr 2021 00:13
973
SİYASƏT
A- A+

Nurlan Niqmatulin: Azərbaycanın Zəfəri Avrasiya məkanında sabitliyin möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacaq

 

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Nurlan Niqmatulin Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Nurlan Niqmatulin Milli Məclisin sədrini və deputatlarını Azərbaycanın ərazi bütövlüyünün bərpası günü kimi qeyd olunan Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. O, Azərbaycan xalqının bu Zəfərinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın hərtərəfli inkişafı və Avrasiya məkanında sabitliyin möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacağına inamını bildirib.

Parlament sədri Qazaxıstan və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin və sıx parlament əlaqələrinin xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məktubunun sonunda Nurlan Niqmatulin Milli Məclisin sədrinə cansağlığı, uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video