07 Mart 2021 00:40
878
Mədəniyyət
A- A+

Novruzun topları

 

Keçmişdə hər bir hakimin qüdrətindən asılı olaraq onun yanında olan münəccimlər müəyyən hesablamalarla köhnə ilin qurtarmasını, yeni ilin başlanmasını, yəni ilin təhvilini xəbər verirdilər.

Bu münasibətlə toplardan yaylım atəşi açardılar. Nağaralar gumbur-gumbur gurlayar, şeypur, təbil səsləri yüksələrək yeni ilin gəldiyi xəbərini yayardılar. Atəşfəşanlıq başlanardı. Buna görə də “Novruzun topu atılan vaxtda il təhvil oldu” deyərdilər. Yusif Vəzir Çəmənzəminli “İki od arasında” romanında yazır: “Qazi il təhvilə beş dəqiqə qaldığını elan etdi. Hamı özünü şad göstərməyə çalışdı. Xalq adətincə yeni il hansı bir əhvali-ruhiyyə ilə qarşılansaydı, guya eyni əhvali-ruhiyyə ilin sonuna qədər davam edərdi. Odur ki, üzlər gülümsəyir, qəmi-dərdi unutmağa çalışırdılar, gözlər süfrəyə, bolluğa və gül-çiçəyə dikilirdi. Xan üçün incə oymalı səndəl üstündə ceyran dərisində yazılmış qədim bir Quran qoyulmuşdu, xan və ətrafındakılar yeni ili Quran ayəsinə baxaraq qarşılamaq istəyirdilər. Bir-iki dəqiqə davam edən dərin sükutu top atəşləri pozdu: il dəyişilirdi...”

1637-ci ildə Şamaxıda olmuş alman səyyahı Adam Oleari də yeni ilin təhvili mərasimini - Novruz topunun atılmasını təsvir etmişdir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video