06:27 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Növbəti sensasiya

ANA SƏHİFƏ / İDMAN
00:58 06.08.2021

 

“Tokio-2020”də atletika yarışlarında kişilərin 4x100 m məsafəyə estafet qaçışı sensasiya ilə əlamətdar olub.

Bu növdə əbədi favorit olan ABŞ yığması finala yüksələ bilməyib. Olimpiadaya qatılan ilin ən sürətli üç sprinterinə malik şimali amerikalılar yarımfinalda mübarizəni dayandırıblar. ABŞ yığması öz qrupunda yalnız 6-cı yerlə kifayətlənib ki, bu da finala vəsiqə üçün yetərli olmayıb.

Bununla da amerikalıların 4x100 m estafetdəki uğursuz ənənəsi davam edib. Komanda 2000-ci ildən sonra çempionluq, 2004-cü ildən sonra isə medal həsrətindədir.

Baxmayaraq ki, indiyədək olimpiadalar çərçivəsində keçirilən 24 belə estafetin 15-də ABŞ qalib gəlib. Onlar ilk 20 belə yarışın 15-də çempion olduqdan sonra 4 son yarışda müxtəlif xoşagəlməzliklərlə üzləşiblər. Zolağı səhv salmaqdan tutmuş estafetin ötürülməsindəki xətalarla üzləşən yığma bu dəfə də uğursuzluq yaşayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM