05:17 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nota alınmayan ən zərif səs - körpə qığıltısı

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:29 01.06.2021

 

Təəssüf ki, bəşəriyyətdə hələ də daha çox hüquqları pozulan, münaqişələrin qurbanları arasında uşaqlar da az deyil

 

1 iyun fidan balaların bayramıdır. Harada uşaq varsa, orada səmimiyyət, sevinc, ümidlər çiçəkləyir, arzular boy atır. Uşaqların beynəlxalq səviyyədə müdafiəsi üçün 1950-ci il iyunun 1-də BMT-nin Baş Assambleyası qərar qəbul edib. 

Bütün demokratik dövlətlərdə olduğu kimi, ölkəmizdə də uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlara daim diqqət və qayğı ilə yanaşır.

Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində  fond tərəfindən silsilə tədbirlərin keçirilməsi də bunu təsdiqləyir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə uşaqlara dövlət qayğısının gücləndirilməsi, onların problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və  demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Həmin sərəncama görə, ölkəmizdə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Bu sərəncamla uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr reallaşdırılmışdır.

2009-cu ilin oktyabrında Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş uşaqların müdafiəsi islahatı üzrə keçirilən ikigünlük milli konfransda Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışında çox vacib mətləblərə toxunmuşdur. 

Fond, demək olar ki, yarandığı gündən valideyn himayəsindən məhrum olmuş, dövlət müəssisələrində böyüyən uşaqların taleyini daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, doğmalarının himayəsindən məhrum olan uşaqlar  bu gün Mehriban xanım Əliyevaya mənəvi ana kimi baxırlar. Bu da səbəbsiz deyil. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində Heydər Əliyev, Fondu tərəfindən onlarca, yüzlərlə dövlət müəssisəsi əsaslı təmir edilərək avadanlıqlarla təchiz olunub. Tez-tez uşaqların qonağı olan Mehriban xanım Əliyeva çalışır ki, onlarla həmişə ünsiyyət qursun.

Bu gün ölkəmizdə “hər şey uşaqların sağlamlığı naminə” devizi ilə bir sıra sosial-tibbi, humanitar layihələr həyata keçirilməkdədir. Eləcə də uşaqlara tibbi xidmət göstərən 600-dən artıq poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə on minlərlə həkim-pediatr çalışır.

Təəssüf  ki, körpə fidanların heç də hamısı xoşbəxt böyümürlər. Son yüzillikdəki bir sıra etnik, dini, məhəlli və regional münaqişələrin qurbanlarına çevrilənlərin müəyyən faizi də uşaqlardır. Nə yazıqlar ki, hazırda insan haqları, uşaq hüquqları və s. kimi anlayışları əldə bayraq edən sivil dünyanın, bir sıra beynəlxalq təşkilatların gözləri qarşısında onların ən ali hüquqları pozulmaqdadır. 1988-ci ildən Azərbaycana qarşı davam edən erməni təcavüzü nəticəsində öz doğma ata-baba yurdunda, evində azad yaşamaq haqqını itirmiş körpə və uşaqların pozulmuş hüquqlarının bərpası istiqamətində heç bir ciddi və səmərəli addım atılmadı. Yalnız ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə ilə ölkəmizdə erməni təcavüzünün qurbanlarından olan uşaqların pozulmuş hüquqları  da bərpa edildi.

Yuxarıda qeyd etdiyimiz kimi, uşaq hüquqları ilə bağlı Avropada, Qərbdə bir çox hüquqi sənədlər qəbul edilib. İlk belə sənəd olan “Uşaq Hüquqlari Haqqında Konvensiya” Beynəlxalq Qadınlar Federasiyasının təşəbbüsü ilə hələ 1949-cu ildə BMT tərəfindən qəbul edilsə də, bu gün dünyanın bir çox yerlərində uşaq hüquqlarının pozulması hallarına davamlı şəkildə rast gəlirik. Belə hallarla işğalçı Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan uşaqları da üzləşib. Ancaq özünün Qərbə inteqrasiya iddialarını ortaya qoymuş, demokratik inkişaf yolunu, hüquqi dövlət prinsiplərini özünün prioriteti elan etmiş Azərbaycana qarşı erməni təcavüzü nəticəsində çoxsaylı insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının pozulması hallarına indiyədək həmin Qərbdə göz yumulur, müvafiq beynəlxalq təşkilatlar tərəfindən adekvat reaksiya verilmir. 

Tarixi Azərbaycan torpaqlarının işğalı zamanı bütün yerli əhaliyə, eləcə də uşaqlara heç bir aman verilməyib. Təkcə bir faktı demək kifayətdir ki, Qarabağ müharibəsi illərində 1000-dən çox uşaq şəhid olub. Yüzlərlə günahsız körpə Xocalıda, işgal edilən digər şəhər və kəndlərimizdə erməni quldur ordusu tərəfindən əsir götürülüb, işgəncələrə məruz qalıb. Bu körpələrə qarşı törədilmiş vəhşilik və qəddarlıq faktlarına faşistlərin əməllərində belə rast gəlmək mümkün deyil. Uşaqlara qarşı tarixdə görünməmiş zorakılıq və işgəncələrin tətbiq edilməsi haqqında yüzlərlə fakt məlumdur. Bu cür faktlar, hətta erməni yazarlarının, o cümlədən bədnam Zori Balayanın kitablarında açıq-aşkar əks olunub. O, erməniliyindən qalmayaraq, türk cocuqlarına qarşı törədilmiş vəhşiliyi, qəddarlığı təqdir  və təbliğ edir.

Hər kəsdən daha çox sevgiyə ehtiyacı olan uşaqlara dövlət tərəfindən hərtərəfli diqqət yetirilir. Gələcəyimizin parlaq və işıqlı olması uşaqlarla bağlıdır. Onların nə dərəcədə sevgiyə, qayğıya ehtiyacı olduqlarını anlayıb gələcəyimizin aydın, işıqlı və parlaq olması üçün böyük işlərə imza atmalıyıq.

Hazırda uşaq hüquqlarının müdafiəsi dünyanın gündəliyində ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Bəzən evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət, icmalarda uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə, zorakılığa məruz qalırlar.

...Nəhayət, uşaqlar yalnız ailənin deyil, cəmiyyətin möhkənlənməsində mühüm amillərdəndir. Gələcək uşaq və gənclərindirsə, onlara qayğı hər addımda hiss olunmalıdır. Deyirlər nota alınmayan ən zərif səs də körpə qığıltısıdır. Uşaq olan ailədə sıx bağlılıq olar. Uşaq ata-ana sevgisinin qönçə gülüdür.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM