27 Sentyabr 2011 12:09
562
DÜNYA
A- A+

Nobel sülh mükafatı laureatı vəfat etdi

 

2004-cü il Nobel sülh mükafatı laureatı Vanqari Maatai Keniyada vəfat etmişdir. Bu barədə yerli KİV-ə istinadən "Röyter" agentliyi xəbər verir.

72 yaşlı Maatai paytaxt Nayrobidə onkoloji xəstəlikdən müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir.

Maatai Nobel sülh mükafatı almış ilk afrikalıdır. O, həm də bu mükafata layiq görülmüş ilk ekoloq idi. Maatai 1940-cı il aprelin 1-də anadan olmuşdur. ABŞ-da təhsil aldıqdan sonra Keniyaya qayıtmış və Nayrobi Universitetində baytarlıq sahəsində doktorluq dərəcəsi almışdı. O, Şərqi Afrikada doktorluq dissertasiyası müdafiə etmiş ilk qadın idi.

1977-ci ildə Maatainin yaratdığı və başçılıq etdiyi "Yaşıl zolaq hərəkatı" ağac əkilməsi ilə məşğul olurdu. O, 2004-cü ildə Nobel sülh mükafatını alarkən bildirilirdi ki, "Yaşıl zolaq hərəkatı" yaranandan bəri onun üzvləri Afrikada 20 milyondan çox ağac əkmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video