29 Mart 2021 15:04
718
Elm və texnika
A- A+

Nobel mükafatı laureatları Azərbaycandan və Mərkəzi Asiyadan olan tələbələrə müraciət ediblər

 

Nobel mükafatı laureatları Azərbaycandan və Mərkəzi Asiyadan olan tələbələr üçün həvəsləndirici video çəkməyi, həmçinin gənc tədqiqatçıları II Nobel Festivalında və Nobel Mühazirələri Həftəsində iştiraka dəvət etməyi qərara alıblar.

AZƏRTAC xəbər verir ki, “Gələcəyi ixtira edərkən” adlı II Nobel Festivalı (Central Asia Nobel Fest) bu il aprelin 7-9-da keçiriləcək.

Xatırladaq ki, II festivalın əsas mövzuları texnologiya və innovasiyaların üç mühüm istiqaməti üzrə cəmləşib: imkanlar iqtisadiyyatı, gələcəyin sənayesi və “EdTrends” (təhsil trendləri).

Festivalın əsas hadisəsi Ümumdünya Elm Günü şərəfinə bu il aprelin 12-dən 16-dək Azərbaycan və Mərkəzi Asiya universitetlərinin tələbələri üçün təşkil ediləcək Nobel Mühazirələri Həftəsi olacaq. Nobel Mühafizələri Həftəsi çərçivəsində tələbələr onları maraqlandıran suallarla dünya səviyyəli alimlərə birbaşa müraciət edə biləcəklər. Artıq səkkiz nəfər Nobel mükafatı laureatı və doqquz nəfər Tərəqqi mükafatı laureatı festivalda iştirak edəcəklərini təsdiqləyiblər.

Qeyd edək ki, Nobel mükafatı laureatlarının və digər görkəmli alimlərin bütün mühazirələri ilə “Central Asia Nobel Fest” saytında tanış olmaq mümkündür. Daha ətraflı məlumat almaq üçün Nobel Fest-in YouTube kanalına və Instagram-dakı rəsmi səhifəsinə abunə yazılmaq mümkündür.

Laureatların videomüraciətləri ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://youtu.be/PSC5xTzJ1OA

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video