30 Noyabr 2011 12:11
349
Mədəniyyət
A- A+

Nizami Gəncəvinin 870 illik yubileyinin Rusiya Dövlət Ermitajında keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur

 

Azərbaycanın Sankt-Peterburqdakı  baş konsulu Qüdsi Osmanov Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüşmüşdür.

Baş konsulluqdan AzərTAc-a bildirmişlər ki, görüşdə Nizami Gəncəvinin 870 illik yubileyinin Dövlət Ermitajında təntənəli qeyd edilməsi ilə bağlı razılıq əldə olunmuşdur.

Q.Osmanov Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Ermitajda saxlanılan Azərbaycan xalqının tarixi və mədəni irsini əks etdirən nadir eksponatların daimi fəaliyyət göstərən ilk sərgisinin yaradılması təşəbbüsünü M.Piotrovskiyə çatdırmışdır. Məsələ müsbət həllini tapmışdır. Dövlət Ermitajı və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi arasında Ermitajda saxlanılan Azərbaycan eksponatlarının ilk daimi fəaliyyət göstərən sərgisinin yaradılması haqqında niyyət protokolunun imzalanması 2012-ci ilin yanvarında nəzərdə tutulmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video