15:13 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nigerdə silahlılar 18 hərbçini öldürüb
ANA SƏHİFƏ / DÜNYA
19:07 02.08.2021

 

Nigerin qərbində - Burkina-Faso ilə sərhədin yaxınlığında silahlıların hücumu nəticəsində 18 hərbçi öldürülüb.

AZƏRTAC Radio France internationale radiostansiyasına istinadla xəbər verir ki, Niger Müdafiə Nazirliyinin məlumatına əsasən, Trodi rayonunda hərbçilərin keçdiyi yolda iki pusqu qurulub. Silahlılarla döyüş zamanı 18 hərbi qulluqçu həlak olub, yeddi hərbçi yaralanıb, altısı isə itkin düşüb.

Hazırda hökumət qüvvələri Trodi rayonunda silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə böyük əməliyyata başlayıb. Əməliyyatda, həmçinin Hərbi Hava Qüvvələri iştirak edir. Mali, Niger və Burkina-Faso ilə sərhəddə yerləşən bu region beynəlxalq terrorizmin Qərbi Afrikadakı ən iri ocağıdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM