29 Sentyabr 2011 06:09
848
Elm və texnika
A- A+

Neytrino işıq sürətini üstələyir

 

Avropa fiziklərinin bu sensasiyalı iddiası elm dünyasında bomba effekti törədib. Ağlasığmaz nəticə İtaliyadakı yeraltı "Gran Sasso" laboratoriyasında alınıb. 1400 metr dərinlikdəki bu elmi-tədqiqat  müəssisəsi 732 kilometr aralıdakı CERN  - Avropa Birliyinə aid yüksək enerji fizikası laboratoriyasının proton supersinxrotronu (SPS) vasitəsilə yaradılan, hərəkət zamanı myuon-netrinodan  tau-neytrinoya çevrilən neytrino topasını "OPERA" detektoru  ilə tutur.

Xatırladaq ki, neytrino elementar zərrəciyi yüksüz və son dərəcə kiçik kütləlidir, başqa maddələrlə, demək olar ki, qarşılıqlı əlaqəyə girmir. Günəşdə gedən nüvə reaksiyaları zamanı əlavə "məhsul" kimi əmələ gələn neytrino ətrafımızdakı fəzanı doldurur. Saniyə ərzində insan gözündən milyardlarla neytrino keçir və onun orqanizmə heç bir təsiri yoxdur.

Tədqiqat iki il boyunca aparılıb və nəhayət, belə bir əsrarəngiz nəticə alındığı elan olunub: iddiaya görə, 16 min dəfə eyni hal - neytrinonun  detektora hesab zamanından (işıqdan) 60 nanosaniyə  tez çatdığı qeydə alınıb.

Mütəxəssislər zərrəciklərin keçdiyi məsafəni 20 santimetr xəta dərəcəsi ilə, zamanı isə 10 nanosaniyə qüsurla ölçmək imkanına malikdirlər. Buna görə də fərqin 60 nanosaniyə çıxması mövcud fizika anlayışlarını alt-üst edir - bu, yalnız işıq sürətinin üstələnməsi nəticəsində baş verə bilər ki, bununla da asanlıqla razılaşmaq mümkün deyil. Alınan nəticələrə əvvəlcə inanmayan alimlər eksperiment zamanı buraxıla biləcək səhvləri birər-birər yoxlayıblar. Heç bir nöqsan ortaya çıxarılmayıb. 

Müasir fizikanın qəti qənaətinə və bizə öyrədilənlərə əsasən, işığın vakuumdakı sürəti (saniyədə 299 792 458 metr) kainatda mümkün ən maksimal sürətdir.  Bunun əksinin isbatı, yəni işıq sürətinin aşılmasının mümkünlüyünün sübuta yetirilməsi nəinki mövcud təsəvvürləri alt-üst edəcək, həmçinin fundamental elmi əsasların, qanunauyğunluqların, baxışların dəyişməsinə gətirib çıxardacaq.

Qeyd edək ki, bu  elmi iddianın təsdiqini tapması üçün  eyni nəticələr dünyanın başqa laboratoriyalarında, başqa elm nümayəndələri tərəfindən  alınmalı, təkrarlanmalıdır. Bu isə başqa tədqiqatlardan fərqli olaraq, heç də asan məsələ deyil. Belə ki, analoji eksperimenti keçirmək imkanı son dərəcə məhduddur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video